SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

«NİYƏ HƏR YERƏ BAŞINI SOXURSAN?» – Astan Şahverdiyevə sərt sözlər

7-08-2017, 13:28 | Oxunub: 11 095 |

«NİYƏ HƏR YERƏ BAŞINI SOXURSAN?» – Astan Şahverdiyevə sərt sözlər
Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevlə bağlı toplanacaq.

Emtv.az xəbər verir ki, bu barədə ölkə.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev məlumat verib.

A.Abıyev bildirib ki, Astan Şahverdiyev dediyi fikirlərinə görə bir neçə dəfə qalmaqal yaradıb:

“Hətta, ötən dəfə Astan Şahverdiyev fikirlərinə görə xalqdan üzr də istəmişdi. İndi yenidən qalmaqal yaradıb. Adama deyərlər, sən öz işindən danış da! Sən bu işin içində deyilsənsə, niyə yalan danışırsan? Axı kim səndən danışmağı xahiş edir? Anlaya bilmirəm ki, Astan Şahverdiyev, niyə hər yerə başını soxursan? Bu cür hadisələr çox olur. Görmədiyin şeylərə görə niyə əminliklə danışırsan? Deputat yalan danışmaz”.

A.Abıyev deyib ki, hazırda Komissiya üzvləri, deputatlar tətildədirlər:

“Sentyabrın 5-10-dan sonra deputatlar işə qayıdanda yəqin ki, bu məsələ ilə bağlı toplanacağıq. Sentyabr ayı gəlsin, mən bu məsələ ilə bağlı Komissiyanın iclasını keçirəcəm”.

Xatırladaq ki, Milli Məclisin deputatı Astan Şahverdiyevin Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı müsahibəsi qalmaqal yaradıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR