17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Gelandewagen” qəzasında yaralananlarla bağlı üzücü xəbər
Avqustun 3-də paytaxt Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanaraq Baku Medical Plaza-ya aparılan, daha sonra Ankaradakı Gülhanə hospitalına köçürülən Türkiyə vətəndaşlarının səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib.
Emtv.az xəbər verir ki, Ankaradakı Gülhanə Hospitalından Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, yaralı Muttalip Tekiş hazırda reanimasiyadadır və vəziyyəti ağır olaraq qalır.
Onun həyat yoldaşı Songül Tekiş isə döş qəfəs nahiyəsindən müalicə almağa davam edir. Xanım Tekişin vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, avqustun 3-ü paytaxtın Heydər Əliyev prospektində baş verən avtoqəzada iki nəfər ölmüş, üç nəfər isə ağır yaralanmışdı. Hadisəni törədən “Mercedes Gelandewagen” markalı avtomobilin sahibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsidir. O, hazırda həbsdədir.
Emtv.az