SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Qaçqınkom" şefinin nəvəsinin törətdiyi qəzada yaralananlardan XƏBƏR VAR

5-08-2017, 12:07 | Oxunub: 8 537 |

"Qaçqınkom" şefinin nəvəsinin törətdiyi qəzada yaralananlardan XƏBƏR VAR
Xəbər verdiyimiz kimi, avqustun 3-də baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Bakının Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobili ilə ağır qəza törədib. Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışaraq yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada isə ağır yaralanıb.

Emt.az qaynarinfo-ya istinadən xəbər verir ki, yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub. Onlar müxtəlif dərəcədə bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Belə ki, Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün "Baku Medikal Plaza"ya köçürülüblər.

Onların vəziyyəti ilə bağlı xəstəxananın baş həkimi Lalə Şəkərova ilə əlaqə saxladıq. O, "Qaynarinfo"ya açıqlamasında hər ikisinin vəziyyətinin ağır olduğunu bildirdi:


"Hər ikisi dünən bizim xəstəxanaya qəbul olunub. Mutallib Tekiş hazırda reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var - politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb".

"Qaçqınkom" şefinin nəvəsinin törətdiyi qəzada yaralananlardan XƏBƏR VAR


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR