SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Qaçqınkom" şefinin karyerası şübhə altında - İDDİA

5-08-2017, 12:38 | Oxunub: 10 060 |

"Qaçqınkom" şefinin karyerası şübhə altında - İDDİA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsinə məxsus "Mercedes Galendewagen" markalı avtomibilin ağır qəza törətməsi gündəmin əsas mövzusudur.

Qeyd edək ki, qəza dünən Heydər Əliyev prospektində baş verib. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib. Ölənlərdən biri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin sürücüsü Mehdi Əliyevdir. İlkin məlumatlarda qəzada Nail Allahverdiyevin də dünyasını dəyişdiyi bildirilirdi. Lakin bu iddia təsdiqlənmədi. Daha sonra məlumat yayıldı ki, Əli Həsənovun nəvəsi ağır yaralanıb.

Nail Allahverdiyev Əli Həsənovun qız nəvəsidir.

Bu hadisə cəmiyyətdə geniş rezonansa səbəb olub. Sosial şəbəkələrdə olay harınlığın nəticəsi kimi qiymətləndirilib.

Həmçinin "Qaçqınkom" sədrinin nəvəsinin avtomobilinə diqqət çəkilib. Məcburi köçkünlərin ağır şəraitdə yaşadığına rəğmən onların problemləri ilə məşğul olan bir qurumun sədrinin nəvəsinin bahalı maşında gəzməsi korrupsiyanın təzahürü hesab edilir.

Emtv.az xəbər verir ki, istiqlal.az-a daxil olan məlumatda iddia olunur ki, hadisə hakimiyyətin zirvəsində də qəzəbə səbəb olub. Hökumətin nəzarətində olan media qurumlarının da olaya geniş yer verməsi də bu məlumatın əsassız olmadığı qənaətini yaradır. Nəzərə alsaq ki, qəza Əli Həsənovun nəvəsinə məxsus maşının başqa bir avtomobillə yarışması nəticəsində baş verib, bu halda məsələnin daha böyüyəcəyi təqdirdə Əli Həsənov, yaxud Elçin Quliyev general Novruzəli Orucovun taleyini yaşaya bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR