17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
AzTV SƏDRİNİN 5 MİLYONLUQ SÖVDƏLƏŞMƏSİ - Cinayət işi
Arif Alışanovun həyatına iki dəfə sui-qəsd cəhdi olub?
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) sədri Arif Alışanov bu vəzifəyə təyin olunandan sonra oliqarxa çevrilib. Bu barədə yerli mətbuatda dəfələrlə yazılıb. Arif Alışanovun AzTv-ni şəxsi təsərrüfatı kimi idarə etməsi, dövlət televiziyası üçün büdcədən ayrılan vəsaitləri qaranlıq məqsədlərə xərcləməsi və başqa bu kimi faktlarla zəngin materiallar vaxtaşırı qəzet səhifəslərini, elektron medianı “bəzəyib”. Sən demə, Arif Alışanov sahib olduğu var-dövlətə görə hədəfə də gəlibmiş.
Onun həyatına iki dəfə “sui-qəsd” cəhdi olması faktı 24 saat.org-a daxil olan bir cinayət işinin materiallarında əksini tapıb. Cinayət işi Şücaət Əkbərov adlı şəxs barəsindədir. Arif Alışanovla bu şəxs 2007-ci ildən tanışdılar. Bu tanışlıq sonradan tərəflər arasında torpaq sövdələşmələrini şərtləndirib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, baş ədliyyə müşaviri Kamal Talıbovun icraatında olan 171900030 saylı cinayət işinin materiallarına əsasən Şücaət Əkbərov AzTV sədrinə əsasən Şamaxıda torpaq sahələri təklif edirmiş.
Təbii ki, havayı yox. Arif Alışanov da Şücaət Əkbərovun təklif etdiyi torpaq sahələrinin pulunu verərək əksəriyyətini öz adına olmaqla, sürücüsü və qardaşının adına rəsmiləşdirir.
Detallarını növbəti yazıda təqdim edəcəyimiz 4.6 milyon manatlıq sövdələşmə baş tutduqdan sonra AzTv sədri ailəvi dostu S. Əkbərovun onun qanunsuz əməllərinin hamısınından xəbərdar olduğunu və bir gün bu məlumatların əleyhinə işləyəcəyini düşündüyündən onu zərərsizləşdirməyə qərar verir. Əlimizdə olan iddianamədə yazılır ki, hazırda həbsdə olan S. Əkbərov Alışanovu aldadaraq əldə etdiyi pulları tam mənimsəmək üçün onu aradan götürmək qərarına gəlib. Amma Şücayət Əkbərovun suç ortaqlarından biri polisə bu barədə məlumat verib (o şəxsin özü də hazırda həbsdədir).
Şücaət Əkbərova qarşı irəli sürülən ittihamla nə özü, nə də ailə üzvləri razıdır. Onlar bu işin birbaşa Alışanovun özü tərəfindən düzülüb-qoşulduğuna əmindirlər.Bu ittihamların əsassız olub-olmadığını araşdırmaq məhkəməin işi olduğundan ədalətin AzTv sədrinin deyil, haqlının tərəfində olacağına ümidimizin olduğunu bildirərək, keçid edirik Alışanovun mənbəyi məlum olmayan milyonlar xərcləyərək aldığı torpaq sahələrinə.
Bizim üçün maraqlı olan Arif Alışanovun Şücayət Əkbərovun təklif etdiyi torpaqlara verdiyi iri məbləğlərin mənbəyidir. Cinayət işinin materiallarına əsasən Arif Alışanov Şücaət Əkbərova üst-üstdə 5 milyon manata yaxın pul verib. Bəlkə Arif Alışanov da Tağı Əhmədov kimi bu məbləği uzun illər maaşını yığaraq düzəldib? İctimaiyyət Tağı Əhmədova inanmadığı kimi Arif Alışanova da inanmayacaq. Ona görə də yaxşı olar ki, AzTv sədri daha inandırıcı hekayə haqqında düşünsün. Biz isə oxucuları intizarda qoymayaraq faktların xronologiyasını təqdim edək.