SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan zirehli maşının seriyalı istehsalına hazırlaşır - NAZİR

31-07-2017, 13:09 | Oxunub: 6 924 |

Azərbaycan zirehli maşının seriyalı istehsalına hazırlaşır - NAZİR
Azərbaycan Müdafiə Sənayesi Nazirliyində (MSN) 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş səyyar kollegiya iclası keçirilib.

MSN-in Mətbuat xidmətindən verilən məlumata görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Yavər Camalov qeyd edib ki, hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunaraq Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilən müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb. Birinci yarım ildə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz artıb. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.


Hesabat dövründə nazirliyin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının yaradılması və istehsalı üzrə işlər uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib. Hazırda zirehli maşının seriyalı istehsalının həyata keçirilməsi üçün hazırlıq işləri aparılır.

Eyni zamanda, nazirliyin müəssisələri tərəfindən iki məmulat üzrə -”Yalquzaq” snayper tüfənginin və F-1 tipli təlim əl qumbarasının istehsalat hazırlığı işləri tam başa çatdırılıb və seriyalı istehsalı təşkil olunub. Bunlarla yanaşı, cari ilin sonunadək xüsusi təyinatlı hücum pulemyotunun, avtomatik qumbaraatan kompleksinin, əl qumbaraatanının, avtomatların, müxtəlif tipli artilleriya atəş yığımlarının, VOQ-25P tipli atəş yığımının, artilleriya mərmiləri üçün partladıcıların və s. məmulatların silahlanmaya tövsiyə edilməsi nəzərdə tutulur.

O da vurğulanıb ki, birinci yarımildə istehsal olunan ümumi məhsulun 92 faizini müdafiə və xüsusi təyinatlı, 8 faizini isə mülki təyinatlı məmulatlar təşkil edib: “Ölkə prezidentinin tapşırığına əsasən idxalının yerli istehsalla əvəzlənməsi məqsədi ilə respublikanın müvafiq qurumlarının sifarişləri əsasında illik istehsal gücü 3000 ədəd olan “Dalma” tipli dərinlik su nasoslarının müəssisədə istehsalı sahəsi yaradılıb və məmulatın istehsal edilərək sifarişçilərə təhvil verilməsinə başlanıb.

Hesabat dövründə nazirliyin qarşısında duran əsas prioritet məsələlərdən biri də dünyanın inkişaf etmiş ölkələrinin hərbi sənaye kompleksinə daxil olan şirkət və firmalarla mövcud əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni əlaqələrin yaradılması olub. Bu istiqamətdə aparılan danışıqların nəticəsidir ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan milli məhsullar beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilir”.


Nazir qeyd edib ki, bu gün nazirliyin müəssisələrində yaradılan və istehsal olunan xüsusi təyinatlı məhsullardan - döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir: “Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac olunur”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR