SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıt Səhiyyə şöbəsində ciddi nöqsanlar aşkalandı – Xərcləri şişirdib…

31-07-2017, 11:36 | Oxunub: 8 759 |

Sumqayıt Səhiyyə şöbəsində ciddi nöqsanlar aşkalandı – Xərcləri şişirdib…
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən 2015-2016-cı illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

Palatadan verilən məlumata görə, Sumqayıt şəhər Səhiyyə şöbəsinin və tabeliyindəki 23 səhiyyə müəssisələrinin strukturunda müxtəlif təyinatlı 585 ədəd çarpayı və ümumilikdə 3312,5 ədəd tibbi və qeyri tibbi ştat vahidləri təsdiq edilib.

Sumqayıt şəhər Səhiyyə şöbəsi Sumqayıt şəhərinin 339,0 min nəfər əhalisinə stasionar və ambulator tibbi xidmət göstərməsi üçün tabeliyində olan 9 xəstəxana, 10 ambulator poliklinika müəssisəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası, mərkəzləşdirilmiş mühasibatlıq və mərkəzi avtomaşın qarajı ilə birlikdə fəaliyyət göstərib. Auditin əhatə etdiyi dövrdə səhiyyə xərclərinə ümumilikdə 30,3 mln.manat məbləğində vəsait xərc edilib.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində 2015-ci ilin əvvəlinə təsdiq olunmuş ştatlardan 103,5 vahid vahid və ya 3,1%-i 2016-cı ilin əvvəlinə isə 119,5 vahid və ya 3,6%-i vakant olmuş, onlardan müvafiq olaraq 2015-ci ildə 68,25 vahidi, 2016-cı ildə 77,25 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilib. Şöbənin tabeliyində fəaliyyət göstərən xəstəxanalarda çarpayıların illik işləməsi 340 gün Doğum evlərində isə 300 gün proqnozlaşdırlmışdır. Çarpayı günlərinin icrası 2015-ci ildə 77,7%, 2016-cı ildə 81,5% olub.

Ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2015-ci ildə 0,5 – 4,0 manatadək, 2016-cı ildə 0,3 – 6,9 manatadək, ərzaq xərci isə müvafiq olaraq 5,6 – 6,2 manatadək və 4,8 – 6,0 manatadək fərqli olmuşdur. Xəstəxanalarda ərzağın menyularda göstərilən miqdardan az verilməsi, menyularda xəstə sayının çox göstərilməsi səbəbindən artıq vəsait ödənişinə yol verilmiş, müvafiq Qərarla təsdiq edilmiş normalarda nəzərdə tutulmayan ərzaq məhsullarının alımasına vəsait xərc edilmişdir.

Eyni zamanda, xəstəlik tarixlərindəki təyinat vərəqələrinə işlənilmədən, təsdiqedici sənəd olmadan dərman silinmiş, stasionar müalicədə istifadəsi nəzərdə tutulmuş dərman preraratları imtiyazlı reseptlər əsasında ambulator müalicə alan xəstələrə verilmişdir.

“Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, Maliyyə hesabatlarının tərtibi zamanı bəzi nöqsanlara yol verilmiş, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməmiş, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı və cari təmiri üçün xərc edilmiş vəsait kapitallaşdırılmış məsrəflər kimi uçota alınmyaraq xərcə silinmişdir.

Hesablama Palatasının Kollegiyası Sumqayıt Şəhər Səhiyyə şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla Qərar qəbul etmiş, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Sumqayıt Şəhər Səhiyyə şöbəsinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR