17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İTV-də nöqsanlar aşkarlandı – RƏSMİ
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015-2016-cı illərdə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.
Bu barədə Palatanın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, hesabatın müzakirəsi zamanı qurum mövcud normativ-hüquqi aktların tələblərinə əsasən riayət etsə, də bir sıra nöqsanlara yol verildiyi diqqətə çatdırılıb.
Müəyyən edilib ki, subsidiyanın hesablanması zamanı real tələbatlar və əvvəlki illərin icra rəqəmləri nəzərə alınmayıb, “İctimai Televiziya və Radio Yayımı haqqında” qanunun müvafiq maddələrində nəzərdə tutulmuş dövlət büdcəsindən ayırmalardan başqa digər mənbələr üzrə vəsaitin daxilolması işi zəif təşkil edilib, teleradio şirkəti üzrə reklamdan əldə olunan gəlirlər ümumi xərcin 2015-ci ildə 1,55%-i, 2016-cı ildə 0,3%-i qədər olub.
Əmək haqqının icrası zamanı bir sıra hallarda elmi dərəcələrə görə, eləcə də mükafat ödənişi zamanı artıq vəsait ödənilib, sanatoriya-kurort müəssisələrində və istirahət zonalarında olan işçilərə istirahətdə olduqları günlər üçün, həmçinin işdən azad edilmiş işçilərə iş günləri hesablanaraq vəsait ödənilib.
Bir sıra hallarda əmək haqqı və məzuniyyət dövrü üzrə gəlir vergisi az hesablanıb, mülki-hüquq müqavilə əsasında işləyən işçiyə muzdlu işdən əldə edilən aylıq gəlirlərinə vergi güzəşti düzgün tətbiq edilməyərək gəlir vergisi az tutulub, həmçinin artıq ezamiyyə xərci ödənilib.
Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsiplərinə riayət edilməyərək 2015-ci ildə həyata keçirilmiş satınalmanın 78,3%-i bir mənbədən (birbaşa) satınalma metodu ilə icra olunub.
Maliyyə hesabatları “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri hesabatlarda düzgün əks etdirilməyib, bir hesabat dövründən artıq istifadə ediləcəyi ehtimal olunan ehtiyat hissələri və xidməti avadanlıqlar, yerinə yetirilmiş işlər və yeni quraşdırılan avadanlıqlar xərcə silinib, bəzi əsas vəsaitlər tam amortizasiya olunmadan uçotdan silinib, eləcə də cari təmir məsrəflərinin müvafiq normadan artıq hissəsi bina və tikililərin kapitallaşdırılmasına aid edilmədən birbaşa faktiki xərclərə silinib.
Kollegiya yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərar İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.
Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.
Emtv.az