SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İslahatların yeni dalğası: Hesablama Palatasının yoxlamaları cəza gətirəcək?

21-07-2017, 13:47 | Oxunub: 9 656 |

İslahatların yeni dalğası: Hesablama Palatasının yoxlamaları cəza gətirəcək?
Hesablama Palatasının Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Şirvan Kollektorunun İstismarı İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirdiyi audit zamanı nöqsanlar aşkar edilib. Bu barədə Palatadan məlumat verilib. Bildirilib ki, auditlə ümumilikdə 6744,9 min manat məbləğində vəsait əhatə olunub.

İdarə tərəfindən büdcə layihəsinə təkliflər hazırlanarkən xərclərə olan tələbat dəqiq hesablamalara əsasən tərtib edilməyib, 2015-ci ildə İdarə qazla təchiz olunmadığı halda “Qaz haqqının ödənilməsi” paraqrafı üzrə vəsait nəzərdə tutulub, müvafiq illər üzrə ilin əvvəlinə olan anbar qalıqları nəzərə alınmayıb, yanacaq və sürtkü materiallarının sərfi üzrə nəqliyyat vasitələrinin marşrut və manevr xətləri müəyyənləşdirilməyib, hər bir meliorativ nasos stansiyasına və təmir işləri aparılacaq obyektlərə qədər olan gediş-gəliş məsafəsi müəyyən edilməyib, yol vərəqələrində zəruri göstəricilər doldurulmayıb, nəqliyyat vasitələrinə artıq ehtiyat hissələri silinib.

Auditlə əhatə olunan dövrdə təchizatçı tərəfindən meliorativ nasos stansiyasının enerji təchizatında sərhəd mənsubiyyətinə qədər enerji itkilərinin müqavilə şərtlərinə zidd olaraq İdarənin sayğac göstəricisinə əlavə edilməsi hesabına enerji itkisi hesablanıb, “Sudan istifadə Qaydaları”nın tələblərinə əməl edilmədiyindən isə artıq su haqqı üzrə səmərəsiz xərcə yol verilib. Həmçinin idarənin texnika və işçi qüvvəsindən tam istifadə edilməmiş və boşdayanmalara yol verilib.Beləliklə, Hesablama Palatasının Kollegiyası İdarə tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib.Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Hədəfdəki qurumlar
İslahatların yeni dalğası: Hesablama Palatasının yoxlamaları cəza gətirəcək?
Gələn məlumatlara görə, Hesablama Palatasının ilin əvvəllindən dövlət qurumlarında ciddi monitorinqlərə başlaması təsadüfi hesab olunmur və qeyd olunur ki, il ərzində aparılacaq struktur islahatlarına palatanın rəyləri və araşdırmalarının nəticələri nəzərə alınacaq. Bununla bağlı palataya xüsusi göstərişin verildiyi də bildirilir. Xatırladaq ki, bundan əvvəl Hesablama Palatası bir sıra iri şəhərlərin (Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba və Oğuz) icra hakimiyyətləri orqanlarında yoxlamalar aparmış və ciddi nöqsanlar aşkarlamışdı. Hesab olunur ki, il ərzində mərhələli formada gedəcək islahatların əsas hissəsi palatanın göstərdiyi orqanlar üzərində aparılacaq. Bu baxımdan ehtimal etmək olar ki, hakimiyyətin “Domokl qılıncı” ilk növbədə adları çəkilən şəhərlərin icra hakimiyyətləri, Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin başları üzərində qaldırılacaq.

Təhsil islahatları
İslahatların yeni dalğası: Hesablama Palatasının yoxlamaları cəza gətirəcək?
Meliorasiya və Su Nazirliyindən əvvəl isə Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib. Araşdırmalarda universitetdə maliyyə pozuntuları aşkar olundu.Artıq auditin nəticələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat göndərilib.

Hesablama Palatasının Təhsil Nazirliyinin nəzarətində olan bir sıra müəssisələrdə apardığı araşdırmalardan əvvəl Təhsil Nazirliyinin özünün apardığı monitorinqlərdə təhsil müəssisələrinin yerli xərclərinin şəbəkəsində bir sıra nöqsanlar və uyğunsuzluqlar aşkar etmişdi. 2016-cı ildə aparılan araşdırmalar nəticəsində 64 şəhər və rayon üzrə 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğu, 49 işçinin 0,25 ştat vahidi ilə, 1140 işçinin 0,25-0,5-dək ştat vahidi ilə, 5261 işçinin isə 0,5-0,75-dək ştat vahidi ilə işləməsi müəyyən edilib. Hesab olunur ki, son zamanlarda Təhsil Nazirliyinin, bir sıra ali və orta məktəblərin adlarının qanun pozuntularında adlarının hazırlanması bu qurumda ciddi islahatların aparılmasını labüd edə bilər. Bu baxımdan Hesablama Palatasının apardığı son araşdırmanın nəticələrinin də burada nəzərə alınacağı istisna deyil.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR