SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

MƏŞHUR BAZAR SAHİBİNİN ƏLİNDƏN ALINIB! - Heydər Əliyevin ətrafında nə baş verir?

28-07-2017, 09:29 | Oxunub: 7 214 |

MƏŞHUR BAZAR SAHİBİNİN ƏLİNDƏN ALINIB! - Heydər Əliyevin ətrafında nə baş verir?
Bakının ən qədim və vaxtilə çox məşhur ticarət mərkəzlərindən biri olan, əhali arasında “Şərq bazarı” kimi tanınan alış-veriş mərkəzi “əl dəyişdirib”. Emtv.az xəbər verir ki, bu barədə mətbuata özəl mənbələrdən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, bu ticarət mərkəzi onun artıq keçmiş sayılan sahibi, “Qorqud Holding”in prezidenti Heydər Əliyevin (“Bala Heydər” ləqəbli) əlindən alınıb.

Ticarət mərkəzinin yeni sahibini kimliyi haqda məlumat verilmir. O, hər kimdirsə, Heydər Əliyevin əlində yalnız ərazidə yerləşən “Şərq” hoteli”ni saxlayıb. Bu isə o deməkdir ki, iş adamı təkcə “Şərq bazarı”nı yox, ona bitişik, son illər əsas gəlir mənbələrindən biri olan “Atlas” klinikasını da başqasına dövr etdirib.

Qeyd edək ki, müstəqilliyin ilk dövrlərində ən prestijli və gəlirli ticarət məkanlarından biri kimi tanınan “Şərq bazarı” sonralar arxa plana keçdi. Bakıda bir-birinin ardınca açılan ticarət mərkəzləri “Şərq”də alverin xeyli zəifləməsinə səbəb oldu. 2014-cü ildən sonra isə həm sözügedən ticarət mərkəzinin, həm də onun sahibinin “qara günləri”nin başladığına dair məlumatlar yayıldı. Bunun birinci səbəbi ölkədə başlayan iqtisadi böhranın bütün ticarət mərkəzləri kimi “Şərq”i də vurması idisə, ikinci səbəbi “Qorqud Holding”in prezidenti Heydər Əliyevin barəsində cinayət işinin başlanmasıydı.

Belə ki, dələduzluqda təqsirləndirilən Heydər Əliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qədər gedib çıxmışdı. Qəribə də olsa, barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülən H. Əliyevin məhkəməsinin necə yekunlaşdığına dair sonradan hər hansı məlumat verilmədi.

Ancaq həmin dövr bəzi media orqanlarında “Qorqud Holding”in prezidenti barəsində həbs-qətimkan tədbirinin seçildiyi, onun istəyi ilə bunun ictimaiyyətdən gizli saxlanıldığı iddia edilirdi. Bildirilirdi ki, dələduzluq maddəsi ilə ittiham olunan iş adamı ilə, azadlığa buraxılması istiqamətində danışıqlar aparılır, bunun üçün şərtlər irəli sürülür. “Güman ki, əlində olan əmlak və obyektlərinin bir hissəsindən imtina etmək şərti ilə onun azadlığa çıxması təmin ediləcək” – deyə məlumatda bildirilirdi. O da qeyd edilirdi ki, “Qorqud Holding”in prezidentinin əmlakı siyahıya alınıb və onun oğlu tamamilə idarəçilikdən uzaqlaşdırılıb.

Bu məlumatın nə qədər doğru olduğunu söyləyə bilməsək də, “Qorqud Holding”in prezidentinin “Şərq” oteli xaric, bütün biznesini başqasına dövr etməsi onun ciddi problemlərlə qarşılaşdığını söyləməyə əsas verir. Xüsusən də öz şəxsi öfisinin yerləşdiyi və böyük gəlir gətirən “Atlas” klinikasını iş adamının başqasına könüllü təslim etdiyi inandırıcı görünmür.

Bu məlumatlarla bağlı “Qorqud Holding”dən mövqe öyrənmək və Heydər Əliyevin özü ilə də əlaqə saxlamaq cəhdləri alınmadı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR