SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Kitabi-Dədə Qorqud” ədəbiyyat abidəsidir

18-12-2015, 18:50 | Oxunub: 9 337 |

“Kitabi-Dədə Qorqud”  ədəbiyyat abidəsidir
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-konfransda dastanın türk dünyasının şifahi xalq yaradıcılığında oynadığı roldan söhbət açılıb.

"EMTV.az" xəbər verir ki, elmi-konfrans Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama əsasən Lənkəran Şəhər İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Şəhər icra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva çıxış edərək bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının geniş təbliği, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Dövlətimizin başçısının dastanın alman dilində nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncam göstərir ki, milli mənəvi dəyərlər dövlət siyasətinin əsas mahiyyətini təşkil edir.

Elmi konfransda Lənkəran Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, dossent, folklorşünas alim Yədulla Ağazadə çıxış edərək diqqətə çatdırıb ki, hər bir azərbaycanlı “Kitabi-Dədə Qorqud” dastanının məzmununu, mənasını məktəbdən başlayaraq bilməlidir. İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini, xalqını, Vətənini bir o qədər çox sevəcək. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının ən qədim mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsi kimi həmişə aktualdır.

Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad çıxışında bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanı bir məkanla məhdudlaşmır. Dastan təkcə türk xalqlarının deyil, dünya miqyasında mühüm abidədir. “Kitabi-Dədə Qorqud” dastanının dünyaya tanıdılması Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq aləmdə təbliğidir.

Konfransda çıxış edənlər dastanla bağlı həyata keçirilən layihələrin davamlı olmasını, eləcə də “Kitabi-Dədə Qorqud” dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqedən danışıb, qorqudşünaslığın tarixi və gələcəyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün dünyada silsilə tədbirlərin keçirilməsinin vacibliyini bildiriblər.

Sonda tədbir iştirakçıları “Heydər Əliyev və “Kitabi-Dədə Qorqud” mövzusunda sənədli filmə baxıblar.




“Kitabi-Dədə Qorqud”  ədəbiyyat abidəsidir

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR