SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“28 may”dakı tarixi binada yerləşən KFC-nin niyə bağlandığı aydınlaşdı –Şəbəkənin sahibi dəyişib, «Gilan Holding»ə keçib

6-06-2017, 13:48 | Oxunub: 17 385 |

“28 may”dakı tarixi binada yerləşən KFC-nin niyə bağlandığı aydınlaşdı –Şəbəkənin sahibi dəyişib, «Gilan Holding»ə keçib
«Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metrostansiyası yaxınlığında yerləşən tarixi binada təntənəli açılışı olmuş və uzun müddət burada fəaliyyət göstərmiş məşhur "KFC" restoranının bir aydan çoxdur işləməməsinin gerçək səbəbi aydınlaşır.

Emtv.az xəbər verir ki, restoranın təmir adıyla bağlandığı bildirilsə də, azadlıq radiosu "KFC" restoranlarını yönəldən «AFK» şirkətinin sahibliyinin yenidən dəyişdiyi haqda məlumat yayıb.

Radio bildirirb ki, KFC restoranlar şəbəkəsi artıq «Gilan Holding»in tərkibinə keçib və «Gilan Holding» bu şirkəti özünün pərakəndə biznes üzrə törəmə qurumlarından birinə aid edir. «Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib ki, onların arasında «AFK» MMC də var.

Bunadək «AFK» MMC-ni (VÖEN 1701109091) «Qarant Holdinq» MMC öz biznes portfelinə daxil edirdi. Holdinq bir müddət bundan öncə kredit öhdəliklərini vaxtında icra etməklə bağlı problemlə üzləşmişdi və iş məhkəməyə qədər gedib çıxmışdı. «Paşa Bank» ASC «Qarant Holdinq» MMC və keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovla kredit borcunun məhkəmədən kənar həll olunduğunu açıqlamışdı.

Məşhur "KFC" fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

Şəbəkə «Qarant Holding»ə keçəndən sonra sayca dördüncü "KFC" restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açıldı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.

Nə «Gilan Holding», nə də «AFK» şirkətində restoranların mülkiyyətçisinin dəyişməsiylə bağlı məlumatı azadlıq radiosu-na şərh etməyiblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR