18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda məskunlaşmanın 8000 illik tarixini sübüt edən tapıntılar aşkar edilib
Naxçıvan şəhər yaşayış yerində ilk dəfə olaraq tədqiqat işlərinə başlanılıb. Aşkar olunan tapıntılar sübut edir ki, Naxçıvan şəhərində məskunlaşmanın 8000 illik tarixi var.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası iyul ayının 10-dan Naxçıvan şəhər yaşayış yerində arxeoloji tədqiqata başlayıb. Ekpedisiyanın rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyevdir.
Onun sözlərinə görə, bu arxeoloji abidə Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda aşkar olunub və ilk dəfə olaraq tədqiqat aparılır.
“Bu tədqiqatların əsas məqsədi Qafqazla Yaxın Şərq arasında iqtisadi-mədəni əlaqələrin rolunu müəyyən etməkdən ibarətdir. Bu yaşayış yeri Cənubi Qafqazda ilk abidədir ki, Yaxın Şərqlə Qafqaz arasındakı olan əlaqələri müəyyən etməyə imkan verir. Həmçinin abidə Urmiya hövzəsində olan Dalmatəpə abidəsi ilə sıx şəkildə bağlıdır."
Vəli Baxşəliyev onu da qeyd edib ki, bu abidənin ən böyük əhəmiyyəti Enolit dövrünün erkən mərhələsini əhatə etməsidir.
Emtv.az