18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAXÇIVAN XANLIĞINA MƏXSUS ÜÇÜNCÜ BAYRAQ AŞKAR EDİLİB
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov tərəfindən “Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondunda aparılmış tədqiqat nəticəsində Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş və indiyədək məlum olmayan yeni bayraq aşkar edilib.
"EMTV.az" xəbər verir ki, AMEA-dan bildirilib ki, aşkar edilmiş Naxçıvan xanlığının üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınmış və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilmişdir. Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin fondunda bu bayraq “XVIII-XIX əsr müsəlman bayrağı” adı ilə saxlanılır.
Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formadadır. Eni 92 sm, uzunluğu 192 sm olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan günəşin simvolik təsvirinə bənzər səkkizgüşəli ulduz tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəldilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.