SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Dərman bazarında çirkli oyun: Apteklərdə ucuz dərman tapılmır

21-07-2017, 12:47 | Oxunub: 13 006 |

Dərman bazarında çirkli oyun: Apteklərdə ucuz dərman tapılmır
Azərbaycanda dərman qiymətlərinin baha olması ilə bağlı şikayətlər uzun illərdir davam edir. Dərman şirkətləri, apteklər və həkimlər də bu məsələdə xüsusi rol oynayırlar. Belə ki, onlar özlərinə hansı dərman sərf edirdisə, pasiyentlərə də onu verirdilər.Tarif Şurası bunun qarşısını almaq üçün dərman bazarında vahid qiymət tətbiq etməyə başladı.Hazırda dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiymətləri təsdiq edilib.2016-cı ilin 1 sentyabr tarixindən etibarən yalnız qiymətləri təsdiq edilmiş dərman vasitələrinin satışına icazə verilir.Lakin, vətəndaşlardan edilən şikayətlərin problemin hələ də həll olunmadığını göstərir.Daha doğrusu, problem başqa formada ortaya çıxıb.

Belə ki, qiymətlər tənzimləndikdən sonra bəzi dərman şirkətləri dolların bahalaşması səbəbindən ziyanla işlədiklərini açıqlayıblar.Hətta, ilin əvvəlində apteklərdə dərman qıtlığının yarandığı barədə məlumatlar yayılmışdı.Səbəb isə şirkətlərin vahid qiymətə satmaq istəməməsi idi.

İndi isə apteklərdə ucuz dərman tapılmır.Dərman şirkətləri eyni tərkibli dərmanların ən baha olanlarını idxal edir.Məlumdur ki, qanunvericiliyə əsasən həkimlər pasiyentlərə dərman yazarkən onların adlarını deyil, tərkibini yazmalıdır.Əvvəllər dərman adları yazılarkən insaflı həkimlər pasiyent üçün daha sərfəli və keyfiyyətli dərmanları məsləhət görürdülər.İndi isə tərkib yazıldığı üçün bəzi apteklər və dərman şirkətləri vəziyyətdən sui-istifadə etməyə başlayıblar.

Bir çox pasiyentin yazılan dərmanların tərkibindən məlumatsız olduğun üçün onlara doğru dərmanın verilib-verilmədiyini bilmirlər. Əczaçı ona hansı dərmanı verirsə, o da götürüb gedir. Qiymətləri müqayisə etmək üçün də şansı qalmır. Müqayisə üçün deyək ki, 1 il öncə eyni resepti 100 manata almaq olurdusa, indi həmin resepti ən az 2 dəfə baha almaq mümkündür. Şikayətçilərdən birinin dediyinə görə, bu yaxınlarda göz xəstəliyi ilə bağlı bir dərman almaq üçün aptekə gedib.Ama neçə aptekə baş çəksə də dərmanı tapa bilməyib.Aptekdən deyiblər ki, şirkət həmin dərmanı 2-3 aydır gətirmir. Pasiyent məcbur olub həkimin yanına qayıdıb və vəziyyəti izah edib.Həkim isə bunun “firmaların oyunu” olduğunu deyib və məcburən qiyməti baha olan dərman yazıb.İdxalı dayandırılan dərman 7-8 manata, daha baha qiymətə tapılan dərman isə 19 manata imiş.

Son 2 ildə ölkəyə dərman idxalı böyük sürətlə artır. Tarif Şurası rəsmilərinin açıqladığı məlumatlara görə, 2016-ci ildə dərman vasitələrinin idxalı 2015-ci ilə nisbətən 20 faiz artıb.2017-ci ilin yanvarına isə 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 51 faizlik artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatlarında da bu artım əksini tapır. Məsələn, ölkəyə gətirilən dərman vasitələrinin böyük bir qisminin daxil olduğu “Pərakəndə satış üçün qablaşdırılmış halda tərkibində digər antibiotiklər olan dərman vasitələri” mal qrupu üzrə 2014-cü ildə idxal 76,6 ton (744,3 min dollar və ya 1 tonu 9,7 min dollar), 2015-ci ildə 3 dəfə çox - 228,35 ton (3108,19 min dollar - yəni 1 tonu 13,6 min dollar), 2016-cı ildə 376,57 ton (7028,01 min dollar - yəni 1 tonu 18,7 min dollar) təşkil edib. Göründüyü kimi, idxalla yanaşı, gətirilən dərman vasitələrinin qiyməti də artır.

Bu şirkətlərə maraqlı deyil ki, devalvasiyadan gəliri azalanlar yalnız onlar deyil, azalma əhalinin bütün təbəqələrində gedir. Və evinə getdikcə daha az pul daxil olan insan artan dərman xərclərini ödəmək üçün sözün həqiqi mənasında, boğazından kəsir. Bir çox hallarda isə kəsməyə xərc tapa bilməyib, sağlamlığını itirməklə barışmalı olur.Görünən odur ki, insanların dərmansız-davasız, xəstəlik əlində aciz qalması dərman idxalından milyonlar qazananları heç narahat etmir. Hər halda, narahat etsəydi bu qədər qəddar davranmazdılar...

Məlumat üçün bildirək ki, yanvarın 16-da İranla birgə Pirallahı Sənaye Parkında, sayca 2-ci əczaçılıq zavodunun - “Caspian Pharmed”in təməli qoyulub. Bundan əvvəl - 2 noyabr 2016-cı il tarixində Pirallahı Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” əczaçılıq zavodunun təməli qoyulub. Hazırda əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. İqtisadiyyat naziri Şahin Mustafayev bir müddət öncə jurnalistlərə açıqlamasında bildirmişdi ki, növbəti 3 il ərzində Azərbaycanda bir neçə əczaçılıq zavodu fəaliyyət göstərəcək. Birinci mərhələdə həb, kapsul, ikinci mərhələdə ampula, flakon, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı həyata keçiriləcək.

Ekspertlər hesab edir ki, bunun nizamlanması Azərbaycanda dərman zavodunun fəaliyyətə başlamasından sonra baş tuta bilər.Dərman preparatları xaricdən idxal olunduğuna görə, bu, ölkədən valyutanın çıxması deməkdir.Digər tərəfdən, dərman preparatlarının ölkədə istehsal edilməməsi qiymətlərin də tənzimlənməsinə imkan vermir.İndiki halda qiymətləri nəinki uzun müddətli, hətta orta müddətli dövrdə belə, tənzimləmək praktik olaraq mümkün deyil.Çünki, idxal məhsulu olduğuna görə manat dəyər itirirsə, avtomatik olaraq ölkəyə gətirilən dərman preparatlarının qiymətlərində artımlar müşahidə olunur.İstehsalın təmin edilməsi son nəticədə qiymətlərin tənzimlənməsinə imkan verəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR