18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
RƏSUL QULİYEVİN BAKIDAKI 1 NÖMRƏLİ ADAMI HƏBS OLUNUB! – 2 milyonluq əmlakı əlindən alınıb
Eks-spiker Rəsul Quliyevin yaxın dostu və Bakıdakı ən sadiq adamı Fərəməz Cavadov həbs olunub. Emtv.az xəbər verir ki, bu barədə azpolitika-ya F.Cavadova yaxın mənbələrdən məlumat daxil olub. F.Cavadov barəsində Xətai Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, Rəsul Quliyevin Bakıdakı 1 nömrəli adamı mülk mübahisəsinə görə həbsə atılıb. Mübahisənin təfərrüatları tam bəlli deyil. Lakin deyilənə görə söhbət özgəyə məxsus, təxminən, 400 min manatın mənimsənilməsindən gedir. Xeyli vaxtdır məhkəmələrdə araşdırılan bu iş F.Cavadovun həbsi və onun Nobel prospektində, “Nargilə” kafesinin yaxınlığında yerləşən bir neçə milyonluq obyektinin əlindən alınması ilə nəticələnib. Siyasətlə maraqlananlar söhbətin hansı obyektdən getdiyini xatırlayarlar. Vaxtilə qaynar siyasi hərəkatın məkanlarından biri olan və bir neçə hektar qiymətli ərazidə yerləşən bu obyektin hətta Rəsul Quliyevin özünə məxsus olduğu haqda da iddialar olub. Hazırda üzərində bir neçə tikili – 2 və 3 mərtəbəli binalar və bir neçə avtotəmir sexi olan ərazinin yeni sahibinin kimliyi məlum deyil.
Xatırladaq ki, F.Cavadov vaxtilə Rəsul Quliyevin direktoru olduğu neftayırma zavodunda işləyib, o vaxtdan aralarında dostluq münasibətləri yaranıb. R.Quliyev Azərbaycanı tərk etdikdən bir müddət sonra F.Cavadov da işindən uzaqlaşdırılıb. Eks-spiker ADP-yə həmsədr seçiləndən sonra F.Cavadov bu partiyanın Xətai Rayon Təşkilatına rəhbərlik etməyə başlayıb. bu fəaliyyətinə görə F.Cavadov 2000-ci illərin əvvəllərində də həbs olunmuşdu.
F.Cavadovun indiki həbsində siyasi motivin olduğu istisna olunur. Lakin maraqlıdır ki, 400 min manatlıq borc qarşılığında F.Cavadovun əlindən alınan mülkün qiyməti azı 2 milyon manat təşkil edir.
Emtv.az