SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Belə həkimlərə diplomu kim verib? - ŞİKAYƏT

19-07-2017, 14:12 | Oxunub: 6 232 |

Belə həkimlərə diplomu kim verib? - ŞİKAYƏT
Ötən ilin noyabrında ayaqlarında damar genişlənməsi əməliyyatı aparılan qadın hələ də yataq şəraitində müalicə alır. "Ayağımı əməliyyat ediblər, tibbi bintin sapları da, çıxarmalı olduqları damar da içəridə qalıb. 8 ay keçib, məni hələ də xərəkdə xəstəxanalara daşıyırlar".

Bakı sakini Şölə Quliyeva deyir, hər iki ayağındakı damar genişlənməsindən (varikoz) əziyyət çəkdiyi üçün ötən ilin noyabrında Səhiyyə Nazirliyinin nəzdindəki Xüsusiləşdirilmiş Angioloji Mərkəzə müraciət edib. Müayinələrdən sonra həkimlər təcili əməliyyata ehtiyac olduğunu bildiriblər.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, əməliyyat gerçəkləşib, amma həkimlər nəinki xəstənin ayaqlarını, heç yaralarını da sağalda bilməyiblər. Şölə xanım, nə az-nə çox, düz 2 ay xəstəxanada qalıb. Bu ilin yanvarında o, yaraları tam sağalmamış vəziyyətdə evə buraxılıb: "Yaralardan hələ də çirk gəlir... Gedirəm həmin xəstəxanaya, hər dəfə az qala bir ovuc tibbi bint sapı çıxarıb yola salırlar. Yaralar bitişmir, həkim də yıxır öz üstümə, deyir, orqanizmin belədir. Hara getdimsə, müayinə etdilər, dedilər, əməliyyat səhv aparılıb. İş orasındadır, əməliyyatı səhv aparan həkimlər bu gerçəklə razılaşmırlar."

"Yaranın içindən hər dəfə bir topa sap çıxarırlar, deyirlər, günah xəstədədir, elə bil sapı ora mən yığmışam. Çıxarılmalı damarın yarısını kəsib içəridə saxlayıblar, özlərini elə aparırlar ki, elə bil damarı özüm dartıb çıxarmalıydım. Səhvlərini boyunlarına almaqdansa, adamın özünü borclu çıxarırlar".

Şölə xanım səhv əməliyyat üzündən 8 ayda xeyli maddi zərərə düşdüyünü də iddia edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR