SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq Bankın borcları ilə bağlı plan qəbul olundu

18-07-2017, 14:36 | Oxunub: 13 521 |

Beynəlxalq Bankın borcları ilə bağlı plan qəbul olundu
Azərbaycan Beynəlxalq Bankı (ABB) öhdəliklərinin könüllü restrukturizasiyası planının kreditorların bu gün keçirilmiş yığıncağında qəbul olunduğunu elan edib.

Bankın Mətbuat xidmətindən verilən məlumata görə, yığıncağın nəticələrinə əsasən, restrukturizasiya olunan öhdəliklərin 94,1%-ə malik kreditorlar səsvermə prosesində iştirak edib və onların 93,9%-i planın lehinə səs verib. “Banklar haqqında” qanuna əsasən, planın qəbulu üçün öhdəliklərin 2/3 hissəsinə sahib kreditorların razılığı tələb olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) razılığı və Nəsimi rayon məhkəməsinin təsdiq qərarından sonra restrukturizasiya planı hüquqi qüvvəyə minəcək.


Restrukturizasiya nəticəsində bankın təxminən 3,34 mlrd. dollar məbləğində xarici öhdəliyi ləğv ediləcək, əvəzində xarici kreditorlara bank və dövlət tərəfindən buraxılmış yeni qiymətli kağızlar təqdim olunacaq. Bununla yanaşı, üstün hüquqa malik və subordinasiya borcları üzrə hüququ çatan kreditorlara 10 may – 1 sentyabr 2017-ci il tarixləri ərzində hesablanıb, lakin ödənilməmiş faizlər ödəniləcək.

Azərbaycan hökuməti bu prosesi bankın müəyyən xarici valyutada olan öhdəliklərinin birbaşa dövlət borcuna aid edilməsi yolu ilə dəstəkləyir. Nəticədə Azərbaycanın yüksək suveren reytinqlərini nəzərə alaraq xarici kreditorlar daha etibarlı və yüksək kredit qabiliyyətli maliyyə alətləri əldə etmiş olurlar.

Maliyyə naziri Samir Şərifov səsvermənin nəticələri ilə bağlı bunları bildirib: “Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası prosesinin uğurlu nəticəsi göstərir ki, Maliyyə Nazirliyi tərəfindən dəstəklənən bu plan həm bankın, həm də bu planı dəstəkləmiş kreditorların maraqlarına cavab verir. Prosesin uğurla başa çatdırılması bankın 2018-ci ilin sonlarına qədər özəlləşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin məqsədlərinin yerinə yetirilməsinə də şərait yaradır”.

MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə bildirib ki, bankın öhdəliklərinin restrukturizasiya planının xarici kreditorların mütləq əksəriyyəti tərəfindən qəbulu ölkəmizin bank-maliyyə sektorunun inkişafı üçün çox mühüm addımdır: “Palata əmindir ki, Azərbaycan Beynəlxalq Bankı ölkəmizin maliyyə sistemindəki önəmli rolunu bundan sonra da davam etdirəcək”.

ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov isə deyib: “Bu gün Azərbaycan Beynəlxalq Bankı üçün mühüm tarixi gündür. Birgə səylərimiz bankın uzunmüddətli dayanıqlığını təmin edəcək. Könüllü restrukturizasiya qərarı Bankın sağlamlaşdırılması prosesində qanunauyğun addım idi. Biz bununla bankın maliyyə sağlamlaşdırmasının önəmli bir hissəsini başa çatdırdıq. Səsvermənin nəticələri göstərir ki, kreditorlarımız da bu addımı dəstəklədilər. Restrukturizasiya prosesinin başa çatdırılması bankın kapital mövqeyini gücləndirəcək və onun yeni inkişaf hədəflərinə fokuslanmasına imkan verəcək”.

Restrukturizasiya planı hüquqi qüvvəyə mindikdən sonra hər bir kreditor informasiya memorandumunda təsvir edildiyi şəkildə nağd vəsait və/və ya yeni qiymətli kağızlar (və ya yeni qiymətli kağızların satılmasından əldə olunan nağd vəsait) alacaq.

Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR