SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sədr: ABB-nin reytinqlərinin düşməsi müvəqqəti haldır" - YENİLƏNİB

26-05-2017, 13:56 | Oxunub: 8 299 |

Sədr: ABB-nin reytinqlərinin düşməsi müvəqqəti haldır" - YENİLƏNİB
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə "Fitch", ardınca bu gün "Moody’s" beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, X.Əhədov deyib ki, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi bu addım gözlənilən idi: "Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər".

Sədr vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.
Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.


"Moody`s" Azərbaycan Beynəlxalq Bankının daha bir reytinqini endirib

Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi "Caa3" səviyyəsindədir. "APA-Economics" xəbər verir ki, bu barədə "Moody's" reytinq agentliyi məlumat yayıb.

Reytinq agentliyi bildirir ki, "Moody`s" bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini "B1" səviyyəsindən "Caa2" səviyyəsinə endirib.

Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib: "Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü "çox yüksək" səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu "yüksək" kimi qiymətləndiririk. Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərə təsiri etməyəcəyi bəyan olunub".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR