SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq Bank Nyu-Yorkda məhkəməni uddu

29-06-2017, 11:48 | Oxunub: 9 590 |

Beynəlxalq Bank Nyu-Yorkda məhkəməni uddu
Azərbaycan Beynəlxalq Bankı 3.3 milyard dollarlıq xarici borcunun restrukturizasiyası mərhələsində kreditrorların müflisləşmə barədə iddialarından qorunmaq üçün Nyu-York məhkəməsində qaldırdığı iddia üzrə işi udub. “Fox News” xəbər verir ki, məhkəmə bankın bir qrup kreditorlarının qaldırdığı iddianı təmin etməyib və Beynəlxalq Bankın restrukturizasiya prosesində aktivlərinin qorunması barədə qərar çıxarıb.

Bankın hüquqşünasları məhkəmədə bildiriblər ki, onlar neftin ucuzlaşmasından və valyuta məzənnələrinin qalxıb-enməsindən narahatdırlar. Son illərdə bir neçə dəfə kapital qoyuluşları həyata keçirilsə də ciddi itkilərə məruz qalıblar. Nəticədə apreldə formal restrukturizasiya prosesinə başlamalı olublar.

ABŞ-ın müflisləşmə haqqında qanununun 15-ci maddəsinə əsasən xarici şirkətlər borclarının restrukturizasiyası dövründə aktivlərinin kreditorlar tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün məhkəmə iddiası qaldıra bilərlər. Bankın ABŞ və Avropadan olan bir qrup kreditorları isə şikayət ediblər ki, bu restrukturizasiya planı ədalətsizdir və onların vəsaitlərinin qaytarılmaması ilə nəticələnəcək. Habelə iddiaçılar bildirirlər ki, plana dair səsvermə əvvəlcədən bankın sahibinin xeyrinə təhrif olunub. Çünki Azərbaycan Dövlət Neft Fondu banka 1 milyard dollar depozit yatırıb və nəticədə kreditorların səsverməsində əhəmiyyətli səsə malik olub. Lakin məhkəmə onların iddialarını təmin etməyib.

Bankın hüquqşünası Tomas MakVayt hakim Harittiyə bildirib ki, ABŞ məhkəməsinin qərarı Azərbaycanın bank sektoru və iqtisadiyyatı üçün həlledici əhəmiyyətə malikdir. Hüquqşünasın bildirdiyinə görə iddianı qaldıranlar bankın borclarının cəmi 10 faizinin sahibləridir. Və onun dediyinə görə bankın iri kreditoru, 715 milyon dollar borc vermiş “Cargill Financial Services İnternational İnc” bu məsələdə 15-ci maddə üzrə qaldırılmış iddianı dəstəkləyir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR