17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Baş pediatrdan uşaqlarla bağlı - Xəbərdarlıq
Uşaqları dənizə apararkən valideynlər diqqətli olmalıdır. Çimərliyə infraqırmızı şüaların çox olduğu vaxtlarda getməsinlər. Əks halda uşaqlarda dəri və baş beyin problemləri yarana bilər.
EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, bu fikirlərlə respublikanın baş pediatrı Nəsib Quliyev isti yay günlərində uşaqlarda diqqət etməli məqamlar barədə danışarkən deyib. N.Quliyev qeyd edib ki, yayda valideynlərin üzərinə mühüm vəzifə düşür:
“Valideynlər mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların təmiz su ilə qidalanmasıdır. Qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər. Yay fəslində qidaların çeşidi çoxalır. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, isti havada onların saxlanmasına və soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır. Mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal həkimə müraciət edilməsi zəruridir”.
Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib.
EMTV.az