17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Baş pediatr: "Özəl tibb müəssisələri şirkətlərlə müqavilə bağlayaraq körpələrə süni qida verir"
“Qida şirklətlərinin doğuşyardım və ya uşaq müəssisəsinə hədiyyə olaraq hansısa süni qida qatışığı verməyə ixtiyarı yoxdur. Bəzi halları biz də görürük, gücümüz çatan qədər qarşısını alırıq. Amma tək əldən səs çıxmaz. Biz çalışmalıyıq ki, uşaqların hüququ pozulmasın”. Emtv.az xəbər verir ki, bunu apa-ya respublikanın baş pediatrı Nəsib Quliyev bəzi doğum evlərinin süni qida məhsulları hazırlayan şirkətlərlə işbirliyi qurması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.
N.Quliyev qeyd edib ki, doğum evlərində süni qida qatışığı satılmasrı halları olmamalıdır. Baş pediatr hansısa doğum evinin, həkimlərin süni qida satan şirkətlə müqavilə bağlaması, əvəzində qidaları körpələrə verməsi haqda deyilənlərə inanmadığını bildirib: "Çox təəssüf ki, bu gün bunu özəl tibb müəsisələrində edirlər, dövlət tibb müəsisələrində belə hallar olmur. Bütün cəmiyyyət bu prosesə etiraz etməli, hamının sözü eyni olmalıdır. Yalnız təkid etdikdən, əziyyət çəkdikdən sonra nəsə nəticə əldə etmək olar. Çünki qarşıda duran tərəf - qida satan adamlar, şirkətlər, təşkilatlar nə əyri işə desən əl atırlar, nə desən edirlər. Son zamanlar çalışırlar ki, bu işləri maskalanmış şəkildə etsinlər. Bazar münasibətləri qəddardır və burada çox çətinliklər var”.
Emtv.az