18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“”20 il verin, Allahşükür rahatlaşsın, əl çəksin” – Şeyxin şəriki üsyan edir
Paşazadələrin şəriki olmuş Müğdət Həşimov barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb. Emtv.az yerli mətbuata istinadən istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən M.Həşimov barəsində olan hökmdən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Seyidovun sədrliyi ilə baxılıb.
Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkmiş qismində tanınan “Hacı Mazan” ləqəbli Ramazan Zeynalov da hökmdən narazıdır. O da apellyasiya şikayəti verərək, Müğdət Həşimovun cəzasının artırılmasını istəyib.
Şeyxin həbsdə olan şəriki Müğdət Həşimovun vəkili Elçin Sadıqov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatət qaldırıb. Vəkil Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin və digər şəxslərin məhkəmədə şahiq qismində dindirilməsi haqda vəsatət qaldırıb.
“Bu işdə sənədlərin saxtalaşdırılmasında iştirak etmiş Lalə Zərbəliyeva, Cavanşir Paşazadənin əlavə şahid qismində dindirilməsini istəyirik” – deyə vəkil qeyd edib.
Təsdirləndirilən Müğdət Həşimov isə deyib ki, sənədlərdəki imzalar ona məxsus deyil: “Təəssüf ki, birinci instansiya məhkəməsində bu işə baxılarkən imza ilə bağlı ekspertiza təyin olunub məsələyə aydınlıq gətirilmədi. Ekspertiza haqda vəsatət qaldırsaq da, təmin olunmadı. Ona görə bu vəsatəti yenidən qaldırıram”.
Məhkəmə vəsatətləri təmin etməyib. “Hacı Mazan”ın nümayəndəsi Ciracəddin Kərimov isə çıxışında deyib ki, onlar cəzanın yüngül olmasından narazıdırlar. Vəkil Müğdət Həşimova ittiham olunduğu iki maddə ilə 20 il də cəza verilə biləcəyini qeyd edib. Bu sözlər Müğdət Həşimovu qəzəbləndirib.
O, baş verənləri şou adlandırıb: “Bu, əməlli-başlı şoudur. Mülki işi gətirib bu həddə çatdırıblar. Amma yenə də əl çəkmirlər. 20 il verin, Allahşükür də, Cavanşir də rahatlaşsın, əl çəksinlər məndən. Mənim də canım bu komediyadan qurtarsın”.
Vəkil Elçin Sadıqov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə iyulun 14-də davam edəcək.
Qeyd edək ki, M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb.
Tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”-dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməliymiş.
M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə, onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.
Emtv.az