SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Tağı Əhmədovun mənimsədiyi milyonlara YAP nə deyir? – “Məhkəmə araşdırmalıdır”

13-07-2017, 12:22 | Oxunub: 8 482 |

Tağı Əhmədovun mənimsədiyi milyonlara YAP nə deyir? – “Məhkəmə araşdırmalıdır”
Dünən “MTN işi” ilə bağlı keçirilən məhkəmədə həbsdə olan general Akif Çovdarov Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov barəsində sensasion iddialar irəli sürüb.

O, T. Əhmədovun dəyəri milyardlar edən mülklərinin siyahısını açıqlayıb. Məlum olub ki, sabiq metropolitençinin Dubayda otelindən tutmuş, paytaxtda bir neçə restoranına kimi bahalı obyektləri var.

Çovdarovun açıqlamalarından görünür ki, Əhmədov böyük əmlaklara sahib olmaqla yanaşı qanunsuz pul əməliyyatları da aparıb və cinayətlər törədib. Cəmiyyətdə böyük rezonans doğuran bu açıqlamalara isə hələlik qarşı tərəfdən reaksiya yoxdur. Hər kəsə bəllidir ki, bu mülklər, sərvətlər yalnız korrupsiya, dövlət büdcəsinə vurulan ziyan hesabına əldə edilə bilər. Ona görə də bu ifşaedici məlumatlardan sonra hazırda hakim partiyanın rayon təşkilatlarından birinə rəhbərlik edən T.Əhmədovun taleyi sual altındadır.

Emtv.az xəbər verir ki, məsələnin aktuallığını nəzərə alaraq bakupost.az-ın əməkdaşı YAP-dan rəsmi münasibət almağa çalışıb. Partiyanın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə açıqlamasında məhkəmədə tərəflərin müxtəlif fikirlər səsləndirə biləcəyini deyib: “Bu, məhkəmə predmeti olan bir məsələdir. Bunun partiyaya heç bir aidiyyəti yoxdur. Məhkəmə çəkişməsində ittiham edilən tərəflərdən biri bir iddia ilə çıxış edib. Məhkəmə də bunu araşdırır. Məhkəmədə tərəflər müxtəlif fikirlər irəli sürə bilərlər. Müəyyən iddia irəli sürülüb, fikir bildirilib, məhkəmənin də vəzifəsi onu araşdırmaqdır”.

Partiya funksioneri məsələylə bağlı digər suallara cavab vermək istəmədiyini bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR