SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Tağı Əhmədovun Akif Çovdarovdan alacağı 3 milyonun taleyi necə olacaq?

22-06-2017, 14:43 | Oxunub: 10 296 |

Tağı Əhmədovun Akif Çovdarovdan alacağı 3 milyonun taleyi necə olacaq?
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Emtv.az-ın məlumatına görə, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da məhkəmədə iştirak edib.

Sabiq metropoliten rəhbəri məhkəməyə “Mercedes” markalı 90 AA 220 dövlət nömrə nişanlı avtomobili ilə gəlib.

Telefon danışıqları qanunsuz olaraq dinlənilən və Akif Çovdarova 3 milyon verdiyini iddia edən T.Əhmədov bu epizodlar üzrə ifadə verib. Tağı Əhmədov məhkəmədə Leyli və Məcnundan danışıb.

Məhkəmədə Akif Çovdarovun vəkillərinin sualını cavablandıran Tağı Əhmədov həmişə olduğu kimi bu dəfə də açıqlaması ilə yadda qala bilib.

Vəkilin “Sizin Akif Çovdsrovdan tələbiniz nədir” sualına T.Əhmədov belə cavab verib: “Leyli və Məcnunu hamı oxuyub.

Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Leyli Məcnundan nə istəyir. İndi də burada hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm? Verdiyim pulu”.

Tağı Əhmədov əlavə edib ki, Akif Çovdarov ondan MTN üçün 10 “Gelandewagen” markalı avtomobil alınmasını istəyəndə yox deyib.

Tağı Əhmədov Akif Çovdarovdan 3 milyon manatını geri ala bilsə, zərər çəkən şəxslərdən siyahısından çıxarıla bilər. Eyni zamanda onun bu pulları hardan qazandığı barədə soruğ-suala təzədən çəkilməsi də istisna edilmir.

Hakim dairələr hələlik MTN işində T.Əhmədov zərər çəkən tərəf olduğu üçün onu sıxışdırmırlar. Bu məhkəmə prosesi bitəndən sonra əgər sabiq metro rəisi Çovdarovdan pulunu alsa, 3 milyonun özünə qalacağı da müəmmalıdır.

İlk növbədə T.Əhmədov bu pulu 44 illik maaşı ilə qazanmayıb və dövlətin puludur. Deməli, korrupsiya şübhəsi üçün ciddi əsaslar var.

Qayıdaq T.Əhmədovun digər milyonlarına. A.Çovdarova 3 milyon manat vermək məcburiyyətində qalan T.Əhmədovun bir müddət əvvəl bağlanan “Texnikabank”da 8 milyon manat itirdiyi də məlumdur.

İndi həm mətbuatda, həm də cəmiyyətdə sual doğuran məsələ T.Əhmədovda milyonlarının mənbəyidir. Sual edilir ki, bu dəyirmanın suyu hardan gəlir?

T.Əhmədov 1998-2014-cü illər arasında Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb. Onun hazırkı əmlakının milyonlarla dollar dəyəri olduğu deyilir. T.Əhmədov 16 il ölkənin ən gəlirli sahələrindən birinə rəhbərlik edib.

Əsasən də metro keçidlərindəki ticarət obyektləri T.Əhmədov və qohumlarının nəzarətində idi.

Mətbuatın dəfələrlə yazdığına görə, T.Əhmədov var-dövlətinin əsas hissəsini metro ticarətindən əldə edib. Bakı Metropoliteninin ticarətdən gələn illik gəliri isə 10 milyon manatlarla ölçülürdü.

Bu illər ərzində T.Əhmədov yığdığı sərvəti həm ölkədəki, həm də xaricdəki banklara əmanət olaraq yerləşdirib. Sabiq rəisin Bakıda və Naxçıvanda da bir neçə dəbdəbəli villalarının olduğu bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR