17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Eldar Mahmudovun Akif Çovdarova şifrəli məktubunda nə yazılıb? - İlginc iddialar
Sabiq MTN şefi Eldar Mahmudovun keçmiş şəriki olan həbsdəki general Akif Çovdarova gizli məktub yazdığı iddia edilir
Emtv.az bildirir ki, bu barədə politika.az-ı məlumatlandıran qaynağın iddialarına görə, eks-nazir MTN generalına üstüörtülü fikirlərini çatdırıb.
E.Mahmudovun qısa mətndən ibarət şifrəli məktubunda A.Çovdarova hər şeyə görə təşəkkür etdiyi bildirilir.
Gizli kodlarla və şifrəli ifadələrlə yazılmış məktubda E.Mahmudovun A.Çovdarova indiki məqamda gözləməyi məsləhət gördüyü deyilir.
Onun üçün hələlik heç bir şey edə bilməyəcəyini yazan keçmiş MTN rəhbəri hazırkı situasiyaya uyğun davranmağı tövsiyə etdiyi iddia olunur.
Çovdarovun Mahmudova cavab məktubu yazıb-yazmadığı dəqiq bilinmir. Mənbə qeyd edir ki, general nə istintaqa ifadəsində, nə də məhkəmə çıxışlarında MTN rəhbəri əleyhinə danışıb.
“Akif Çovdarov bu günə qədər öz nazirinə qarşı heç bir söz deməyib və o, ümumiyyətlə Eldar Mahmudovu heç bir əməldə ittiham edən deyil”.
Xatırladır ki, bu sözləri Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov vəkili Kamandar Nəsibov deyib. Vəkil həbsdə olan general Akif Çovdarovun məhkəmə dövründə sabiq MTN naziri Eldar Mahmudovla bağlı hansısa açıqlama verib-verməyəcəyi və ya sabiq naziri şahid qismində məhkəməyə dəvət edib-etməyəcəyi barədə suala cavab verib.
K.Nəsibov bildirib ki, A.Çovdarovun bu günə qədər də öz nazirinə hörməti böyükdür və bu hörmət həmişə qalacaq: “Akif Çovdarovun Eldar Mahmudovun əleyhinə deyəsi heç bir məsələ yoxdur.
Akif Çovdarov deyir ki, əgər o, hansısa qanunsuzluq edibsə, bunun cavabını özü verəcək, yox, əgər onun boynuna hansısa cinayəti qoymaq istəyirlərsə, məhkəmədə buna da aydınlıq gətirəcək”.
Emtv.az