SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Dedi ki, Eldar Mahmudova pay ayırmamısız”- polkovnikə 10 min verən direktor

30-11-2016, 14:06 | Oxunub: 11 331 |

“Dedi ki, Eldar Mahmudova pay ayırmamısız”- polkovnikə 10 min verən direktor
Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə keçirilən məhkəmə prosesində şahid və zərərçəkmiş şəxslər ifadə verib.

Emtv.az Musavat.com istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində davam edən prosesdə zərərçəkmiş qismində tanınmış “Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu iştirak edib.
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, baş verənləri tam olaraq xagırlamadığını deyib. Zərərçəkmiş vəkillərin suallarını da cavablandırmayıb. Onun istintaqa ifadəsi elan olunub.

Zülfüqarov istintaqa ifadəsində deyir ki, şirkəti onun dayısı Alik Kərimov 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.
Zərərçəkən deyir ki, MTN-dən Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsi) polkovnik-leytenant Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başlayıb. Səbəb olaraq isə bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazım olduğunu deyib.
Onun sözlərinə görə, Akif Əliyev ona deyib ki, “uzun illərdir işləyirsiz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız”.
Zərərçəkmiş ondan 50 min manat tələb edildiyini söyləyir.
Zülfüqarov isə bu pulu ancaq dayısının verə biləcəyini bildirib. Dayısı qərar gəlib ki, 10 min verilsin. Akif Əliyevlə növbəti görüşdə bu məbləğ ona çatdırılıb.

Məhkəmədə qızıl-brilyant satışı ilə məşğul olan Şahmar Qurbanovun epizodu üzrə şahid İlahə Vəliyeva ifadə verib. O, Akif Çovdarovun 500 min dollar, 380 min dollarlıq brilyant aldığı iddia edilən Şahmar Qurbanova borc olaraq 75 min manat verdiyini deyib. Şahid Şahmar Qurbanovun ondan pulu MTN-ə vermək üçün aldığını söyləyib.
Məhkəmədə fasilə elan olunub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR