SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Generalların arxayınlığının sirr pərdəsi: Eldar Mahmudov toparlanır

12-07-2017, 13:51 | Oxunub: 7 488 |

Generalların arxayınlığının sirr pərdəsi: Eldar Mahmudov toparlanır
Məhkəmələrdə “MTN işi” sona çatmaqdadır. Bir çox izləyicilər “mahmudovçu”ların yüngül cəzalar alacağı, hətta xəstəlik adı ilə azadlığa qovuşacaqları qənaətindədirlər; Və belə fikir formalaşıb ki, Eldar Mahmudov hətta vəzifəyə belə qaytarıla bilər.

Belə bir durumda beyinlərdə bir sual fırlanır - bu əməliyyatlar haqq-ədalətin bərpasına xidmət etməyəcəkdisə, keçirilməsinə nə ehtiyac vardı? Çünki MTN generalları çox arxayın danışırlar.

Emtv.az mediada gedən yazılardan və rəylərdən belə bir qənaətin hasil olduğunu xəbər verir ki, E.Mahmudov yenidən toparlanır.

Məhkəmələrin başlandığı ilk vaxtlardan fərqli olaraq, in di MTN generalları daha rahat və sərbəstdirlər, çıxışlarında bir razılıq əlaməti var.

Məhkəmə çıxışlarında mühakimə olunan generallar, rütbəli şəxslər təlimatları E.Mahmudovdan aldıqlarını açıqlasalar da, MTN rəhbəri məhkəmədə dindirilmədi. Hakimlər nə bu barədə vəsatətləri təmin ediblər, nə onun məhkəməyə gətirilməsini tələb ediblər.


Halbuki, belə bir irimiqyaslı əməliyyat və hadisədən sonra E.Mahmudov məhkəmədə ifadə verməliydi. Ancaq MTN şefini qoruyan əllər sona qədər onu bu prosesdən kənarda saxlaya bildilər.

Emtv.az xəbər verir ki, nəticə etibarı ilə siyasi şantaj yoluna əl atan eks-nazir yenidən hakimiyyətdə vəzifə tutmaq ehtirası ilə yaşayır.

Amma siyasi rəhbərliyin buna icazə verib-verməyəcəyi məlum deyil. Hər halda Azərbaycan prezidenti İlham Əliyevin ona qəzəbi soyumuş ola bilməz.

Qaynağımız iddia edir ki, E.Mahmudov sabiq rabitə naziri Əli Abbasovun AMEA-da müşavir təyin olunmasından sonra siyasi reanimasiyadan çıxmağa və reputasiyasını bərpa etməyə həvəslənib.

Onun MTN-dəki dəstənin qanunsuz əməlləri ilə əlaqəsindən xəbərsiz olmasını deəyərk yenidən cəmiyyət qarşısında çıxması istisna edilmir.


Gələn məlumatlar, “MTN işi” çərçivəsində baş tutan məhkəmə proseslərində cərəyan edənlər onu deməyə əsas verir ki, hətta əks prosesin gerçəkləşməsi də mümkündür. MTN işi üzrə zərər çəkən bir çox şəxslərin də şikayətini ictimailəşdirməsinə imkan verilmir.

Buna səbəb kimi yeni detalların, yeni cinayətlərin üstünün açılmasının qarşısını almaqdır. E.Mahmudova sərf edən bu variant MTN işinin Çovdarovla qapadılmasına hesablanıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR