SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Əli Abbasovun dövlətə vurduğu ziyanı ödəməyə niyə “yox” deyilib?

10-07-2017, 12:31 | Oxunub: 8 431 |

Əli Abbasovun dövlətə vurduğu ziyanı ödəməyə niyə “yox” deyilib?
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə keçirilən növbəti məhkəmə prosesində inanılmaz həqiqətin üstü açılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, məhkəmədə sabiq rabitə naziri Əli Abbasovun dövlətə vurduğu ziyanı ödəmək istədiyi, amma buna imkan verilmədiyi üzə çıxıb.

Təqsirləndirilən Qəmbər Bəybalayev deyib ki, sabiq nazir Əli Abbasov onun dövlətə vurduğu ziyanı ödəmək istəyib: “Mənim əmlakımın dəyəri 300 min eləmir. Həmin əmlakı da dövlətə bağışlamağa hazıram.

Vidadi Zeynalov və Əli Abbasov ziyanı ödəyəcəyinə söz vermişdilər. Amma buna imkan verilməmişdi. Hətta Əli Abbasov ziyanın ödənilməsi ilə bağlı adiyyatı qurumlara müraciət etsə də, buna şərait yaradılmayıb”.


Keçmiş nazirin müraciətlərinə dövlət orqanlarının arxa çevirməsi və ona “yox” deyilməsi, ziyanı ödəmək üçün şərait yaradılmaması ciddi mətləblərdən xəbər verir.

Belə güman etmək olar ki, Ə.Abbasovun həbsinə hazırlıq gedirmiş. Onu bağışlamayıblar və məsuliyyətə cəlb etməyə plan qurublar.


Fəqət bir müddət sonra Ə.Abbasov əfv edildi və AMEA-da müşavir təyin olundu. Belə çıxır ki, sabiq nazir indiyə qədər dövlətə borcunu ödəməyib.

Ə.Abbasov dövlət qurumlarına müraciət etdiyində bütün ziyanı ödəməyə hazır olduğunu açıqlayıb.

Ancaq həmin ərəfədə prokurorluqda cinayət işinin açılması istiqamətində proses başlanıb. Sadəcə, son anda siyasi qərar olub və sabiq nazir bağışlanıb.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun da vurduğu ziyanı ödəməsinə şərait yaradılmayıb. Məqsəd onu həbsdə saxlamaq olub. Çünki zərər ödəndikdə şərti azadlığa çıxmaq mümkündür.

Hazırda rabitə işi üzrə bir neçə məmurun azad olunacağı gözlənilir. Ə.Abbasov da həbs gedəcəkmiş ki, ziyanı ödəməsinə imkan verilməyib.

Mənbə iddia edir ki, siyasi hakimiyyətin keçmiş nazirə münasibəti dəyişib və qandallanması planı qüvvədən düşüb.

Rabitədəki dəstə Milli Təhlükəsizlik Nazirliyindəki kök atmış bandanın əməllərinə şərik olmaqda suçlanırdı.

Söhbət qanunsuz və gizli şəkildə vəzifəli şəxslərin dinlənilməsi, dinləyici qurğuların, cihazların yerləşdirilməsi və s. əməliyyatlarda MTN-nin sabiq şefi Eldar Mahmudovun qruplaşmasına dəstək verməkdən gedir. Amma bu ittihamlar qeyri-rəsmi idi.

Elə Ə.Abbasov özü də istintaq ifadəsində etiraf edir ki, E.Mahmudovdan qorxduğu üçün onun təlimatlarına boyun əyib.

Eks-nazir özünə bu şəkildə bəraət qazandıra bilər ki, səsini çıxara bilməyib və ölkənin onurğa sütunu olan təhlükəsizlik xidməti strukturunun rəhbərinin əmrlərinə tabe olub.

Lakin məsələnin başqa tərəfi var - Mahmudovla Abbasovun bir-birindən işi keçib, xahişləri olub, qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq ediblər.

Bu azmış kimi, təkcə qanunsuz dinləmələrdə birgə fəaliyyət olmayıb, nazirlikdə yüksək post tutan məmurlar MTN generallarına aylıq xərac veriblər. Bu faktlar məhkəmə və istintaq materiallarında da var.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR