SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“BÖYÜK QAYIDIŞ”: Sırada kimlər var?

26-05-2017, 13:20 | Oxunub: 7 372 |

“BÖYÜK QAYIDIŞ”: Sırada kimlər var?
Əli Abbasovdan sonra digər sabiqlər də qayıda bilərmi?

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə qərar mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. Ə.Abbasov AMEA-nın müşaviri təyin olunub. Rəyasət Heyəti təklifi dəstəkləyib. Xatırladaq ki, Əli Abbasov keçən il Azərbaycan prezidentinin sərəncamı ilə rabitə və informasiya texnologiyaları naziri vəzifəsindən uzaqlaşdırılmışdı. Həmin vaxt qərar icrasına başlanılan struktur islahatlarıyla əlaqələndirilsə də, sonradan ortaya çıxan faktlar əsl gizlinləri üzə çıxardı.

Məlum oldu ki, məsələ islahatla bağlı deyil. “Hakimiyyətin ən vicdanlıları”ndan biri kimi tanınan, iqtidarla yanaşı, cəmiyyət və müxalifət daxilində kifayət qədər simpatizanları olan Əli Abbasov haqda olan bu faktlar onun da digər - rüşvəxtxor və korrupsioner məmurlardan fərqlənmədiyini göstərdi. Üstəlik onun Eldar Mahmudovun “iş icraçısı” olduğunu da üzə çıxardı. Aşkara çıxarılan cinayət əməlləri Əli Abbasovun səssizliyi fonunda yaratdığı “qala”nı yerlə-yeksan etdi. Uzun illər özü haqda formalaşdırdığı bu müsbət rəylər bir anda “Aşqabad batan kimi” batdı.

Abbasova verilən “ikinci həyat”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalov hər ay Əli Abbasovun 300 min, özünün isə 20-30 min manat dəyərində paket aldığını məhkəmədə etiraf etmişdi. O da etiraf olunmuşdu ki, nazirliyin yüksək çinli məmurlarına gələn pullar ümumi büdcədə yığılırmış və bölüşdürülürmüş. Keçmiş nazirin özü də istintaqda demişdi ki, hər ay şəxsi ehtiyacları üçün 300 min dollar xərcləyib, digər yandan da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq başçısı Eldar Mahmudovun təhdidi ilə ona külli miqdarda maddi vəsait verdiyini bildirmişdi. Başqa sözlə, Əli Abbasovla bağlı bu qədər ittiham olduğu bir zamanda ona hansı səbəbdənsə “vəzifə dünyasında ikinci həyat” verildi. Halbuki ittihamlar və öz etiraflarının üzündən Əli Abbasovun həbs ehtimalı daha çox gözlənlirdi, nəinki akademiyaya qayıdışı.

Əlbəttə, təyinatla bağlı kənardan o təsəvvür yaranır ki, keçmiş naziri AMEA-ya müşavir göndərməklə “sındırıblar”. Ən azı Əli Abbasov siyasi komandada təmsil olunan digər dövlət adamları və məmurlara pis örnək olur deyə, başqa qərar daha ədalətli olardı. Sabiq nazirə göstərilən bu qayğı onu sübut edir ki, istənilən zaman reablitasiya mümkündür. Vəzifəyə göndərilməklə Əli Abbasovun cəzalandırılmayacağı və zamanla cəmiyyətə unutdurulacağı rəsmiləşdi. Cəmiyyəti ən çox düşündürən nazir deyil, kriminal dəstə başçısı, müxtəlif səpkili cinayətlərlə sahibkarlar və dövlətin pullarını qəsb edən Eldar Mahmudovun da reablitasiyası mümkün ola bilərmi sualıdır. Əli Abbasov heç olmasa bir dəfə istintaqa çağırılmışdı. İşlədiyi cinayətləri daha ağır və qorxulu olan Eldar Mahmudova isə güldən ağır söz deyən yoxdur. Halbuki açılan cinayətləri kifayət edirdi ki, keçmiş MTN şefi mühakiməsiz ömürlük həbs cəzasına məhkum edilsin.

Üstəgəl, Eldar Mahmudov o qədər rahatdır ki, qorxu-ürkü bilmədən dost-tanış məclisində iştirak edir, oğlu Anar Mahmudov yol polislərinə, onu narahat edənlərə hələ də öz atasının adından istifadə edib meydan oxuya bilir. Əgər Eldar Mahmudov hələ də bir çoxları üçün qorxu mənbəyidirsə, sabah başqa səlahiyyətlər də qazana bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR