SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“MTN işi”: ELDAR MAHMUDOV QAYIDIR?! - Həbsdəki generallar niyə cəsarətlənib?

4-07-2017, 10:53 | Oxunub: 14 422 |

Şəhərdə sonu 009-la bitən, Eldar Mahmudovun adamları olduğu bilinənlər əvvəlki ədaları ilə bahalı maşınlarını idarə etməyə başlayıblar.
“MTN işi”: ELDAR MAHMUDOV QAYIDIR?! - Həbsdəki generallar niyə cəsarətlənib?
“Mahmudovçu”lar yüngül cəzalar ala, hətta xəstəlik adı ilə azadlığa çıxa bilərlər

“Qara kəmər” əməliyyatı da eynən “MTN işi” kimi başlamışdı. İllərlə bağlı qalan, orda-burda pıçıltı ilə danışılanların həqiqət olması bir əməliyyatın keçirilməsi ilə təsdiqlənmişdi. “Qara kəmər” böyük cinayətlərin gizlədildiyi qara çuvalın dibindən bir balaca sökük əmələ gətirmişdi. İçəri qaynayırdı. Öldürülənlərin, oğurlananların ah-nalə səsləri daha yüksəkdən eşidilməyə başlamışdı. Ölkəni silkələyən sensasion məlumatlar sel kimi gündəmə gəlmiş, illərə yetəcək qədər müzakirələrə yol açmışdı.


Uğurlu əməliyyat sonrası baş verənlər isə həmin “qara çuvala ağ sapla yamaq vurulmağa” bənzəyirdi. Tutulanların bir çoxunun günahsızlığı da əməliyyatdan çox sonra məhkəmədə bəlli oldu. Aydın oldu ki, Eldar Mahmudov əməliyyatdan öz şəxsi konfliktlərini çözmək, maraqlarını təmin etmək məqsədi ilə eninə-geninə faydalanıb. Amma bu, məhkəmədə nəyisə dəyişmədi. Məhkəmə qarşısına çıxarılan hər kəsə ittihamedici hökm çıxarıldı. Bilirdilər ki, adamlar günahsızdırlar, ömürlük hökm oxumaqdan çəkinmirdilər.

Əməliyyata rəhbərlik edən Eldar Mahmudov Hacı Məmmədovu sıradan çıxardı, onun yerini özü tutdu. 10 il ərzində sahibkarlar, məmurlar böyük basqı altında yaşamalı oldular, mal-mülkləri əllərindən alındı, bir çoxları xəstəlik tapdı, öldü, öldürldü.

“MTN işi”: ELDAR MAHMUDOV QAYIDIR?! - Həbsdəki generallar niyə cəsarətlənib?

Və günlərin birində Eldar Mahmudovun özünə qarşı “Qara kəmər” sayağı əməliyyat keçirildi. Özü işdən qovuldu. Bu əməliyyatdan sonra sahibkarlarda, məmurlarda, cəmiyyətdə böyük ümidlər yaranmışdı. Hər kəs özünə qarşı törədilən cinayətlərin araşdırılacağına, cəmiyyət isə nəhayət ki, haqq-ədalətin bərpa ediləcəyinə ümidlənmişdi.

Hətta Hacı Məmmədovun özü belə Eldar Mahmudovun ona qarşı qanunsuzluqlardan şikayətlərini ictimailəşdirmişdi. Vəkil tutub Ali Məhkəməyə müraciət etmişdi. Tələb edirdi ki, “Qara kəmər” əməliyyatının istintaqı təzədən aparılsın. H.Məmmədovun ailə üzvləri belə çıxış edib deyirdilər ki, ən böyük cinayətkar Eldar Mahmudovun özü olub, 10 il Hacı Məmmədovu şəxsi girovluğunda saxlayıb.

Onlar da Hacı Məmmədova qarşı törədilən cinayətlərin araşdırılmasını tələb edirdilər. Olmadı. Hacı Məmmədovun Ali Məhkəməyə müraciətini sadəcə, təmin etmədilər. Həmin günlərdə Eldar Mahmudov aylar idi ki, vəzifədən çıxarılmış, onun işçilərinin bir qismi həbs olunmuşdu. Belə aydın olurdu ki, E.Mahmudovun itirdiyi təkcə kreslosu olub. Vəzifəsiz olsa belə, Eldar Mahmudovun məmurlara təzyiq imkanları qalmaqdadır.
“MTN işi”: ELDAR MAHMUDOV QAYIDIR?! - Həbsdəki generallar niyə cəsarətlənib?

Bu gün onun işçilərinin – çiyinlərində general paqonu daşıyan, bazar davalarına həvəslə girişən “mtnşik”lərin məhkəməsi keçirilir. İzləyənlər bilir ki, “mahmudovçu”lar ittiham edilən tərəf olsalar da, əvvəllər olduğu kimi ötkəmdirlər. İstintaq dövründəki sükütlarından əsər-əlamət yoxdur. Uca səslə danışırlar, barmaq silkələyib “deyərəm aaa” nidası və ədası ilə hakimə, prokurora meydan oxuyur, zərərçəkənləri “yadındadır, yerinə batırmışdın” “şalvarını islatmışdın” tonunda hədələməkdən də çəkinmirlər. Şəhərdə sonu 009-la bitən, Eldar Mahmudovun adamları olduğu bilinənlər əvvəlki ədaları ilə bahalı maşınlarını idarə etməyə başlayıblar.

Məhkəmələrdə “MTN işi” sona çatmaqdadır. Bir çox izləyicilər “mahmudovçu”ların yüngül cəzalar alacağı, hətta xəstəlik adı ilə azadlığa qovuşacaqları qənaətindədirlər. Və belə fikir formalaşıb ki, Eldar Mahmudov hətta vəzifəyə belə qaytarıla bilər.


Belə bir durumda beyinlərdə bir sual fırlanır – bu əməliyyatlar haqq-ədalətin bərpasına xidmət etməyəcəkdisə, keçirilməsinə nə ehtiyac vardı?

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR