18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərbaycan məsuliyyətli ölkədir”
“Azərbaycan investisiyalarına da, təbii qaz ixracatına məsuliyyətlə yanaşır”.
Emtv.az apa-ya istinadən xəbər verir ki, bunu Dünya Neft Şurasının sədri Cozef Tot deyib.
Avropanın qaz tədarükçüsü kimi Azərbaycanın roluna toxunan C.Tot deyib ki, ölkəmiz müqavilə şərtlərinə məsuliyyətlə yanaşır və yerinə yetirir.
“Azərbaycanla bağlı dərin məlumatlarım var. XXII Dünya Neft Konqresində iştirak edən nümayəndələr ilə qısa fikir mübadiləsi aparmışıq. Prezident İlham Əliyevin çıxışından da gördüm ki, Azərbaycan bütün investisiyalarına və tədarük müqavilələrinə məsuliyyətli şəkildə əməl edir. Azərbaycan ixracatçı və tranzit ölkələrin çox sabit olmasının vacibliyini yaxşı başa düşür. Bir tərəfdən investisiyaların, digər tərəfdən isə tranzit keçidlərin təhlükəsiz olması üçün hökumətlərin sabitliyi lazımdır. Prezident İlham Əliyev Avropa ölkələrinə təbii qaz ixrac etmək sahəsində Azərbaycanın yeni bir mənbə olduğunu deyib. Söhbət kəmərlə ixrac edilən qazdan gedir. Enerji və kəmərlə ixrac edilən qaz arasında fərq var. Azərbaycan qazı Avropa üçün fərqli bir mənbədir. Burada ən mühüm məsələ məsuliyyətdir və Azərbaycan bu işlərə böyük məsuliyyətlə yanaşır”, – deyə o bildirib.
Emtv.az