18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan sahibkarları dünya bazarlarına niyə çıxa bilmirlər?
“Sahibkarlarımızın qonşu ölkələrin bazarlarına və ya hər hansı bir bazara çıxış əldə etməsi üçün heç bir siyasi əngəl yoxdur”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib. Millət vəkili Vahid Əhmədov "Sputnik Azərbaycan"-a bildirib ki, bu vaxta qədər Azərbaycan sahibkarları xarici bazarlara alkaqollu içkilər və kənd təsərrüfatı məhsulları ilə çıxırdılar: “Hazırda Azərbaycanda qeyri-neft sektorunda ciddi irəliləyişlər nəzərdə tutulub. Bu proses davam etdirilir. Məhsullarımız Türkmənistan, Qazaxıstan, Qırğızıstana və digər dövlətlərə ixrac olunur”.
“Bizdə kənd təsərrüfatı mallarının ixracında ciddi problemlər yoxdur. Amma onun xarici görünüşü, qablaşdırılması bizim üçün əhəmiyyət kəsb edir. Vaxt var idi, Azərbaycan 30 dövlətə neft maşınqayırma məhsulları ixrac edirdi. Ancaq hazırda zavodlar fəaliyyət göstərmir deyə, biz bu məhsulları idxal edirik. Bununla əlaqədar Rusiya və digər ölkələrlə birgə müəssisələr yaratmaq barədə danışıqlar aparılır. İmkanımız böyükdür və bu sahədə iş görmək lazımdır” – deyə o, bildirib.
Emtv.az