SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azəravtoyol”un yol idarələrinin ləğvi gündəmdə - talançılıq, yeyinti və...

10-07-2017, 13:13 | Oxunub: 7 724 |

“Azəravtoyol”un yol idarələrinin ləğvi gündəmdə - talançılıq, yeyinti və...
“Azəravtoyol” ASC 13 saylı Yol İstismarı İdarəsində təftişə başlasa, ciddi nöqsanlar aşkarlaya bilər.

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, idarə rəhbərliyinin maxinasiyalarına ASC sədri Saleh Məmmədov şərik deyilsə, onu yoxlatmağa siyasi iradəsi çatar.

Söhbət idarə rəisi Hüseynov Xaləddin və baş mühasibi Hüseynov Saməddindən gedir. Hüseynov qardaşları yol idarəsinin pullarını “hamar”layırlar.

Emtv.az-ın məlumatına görə, bu haqda infoaz.org-a Cəbrayıl rayon, C.Mərcanlı kənd sakini Haqverdiyev Kənan İsmayıl oğlu xəbər verib. Onun sözlərinə görə, 2010-2015-ci il aralıqda X.Hüseynov tərəfindən təsis edilən “İHM” MMC-də sürücü işləyib.

Bu müddətdə onun adına 700 manat aylıq məvacib yazılsa da, hər ay 250 manatdan artıq maaş verilməyib. Bu da bir il davam edib. Sonrakı illərdə K.Haqverdiyevə qara qəpik də verilməyib.


K.Haqverdiyev iddia edir ki, “İHM” MMC-də bu tək onun başına gələn hadisə deyil. Hazırda orda çalışan bir çox işçilər var ki, aylarla maaşlarını ala bilmirlər.


Aparılan araşdırmaya görə, Hüseynov qardaşları idarəyə rəislik və baş mühasiblik etməklə böyük varidata sahibləniblər.

Onların torpaq sahələri, biznes obyektləri var. Maraqlısı budur ki, “Azəravtoyol” ASC sədri Saleh Məmmədovun bu vəzifəyə gəlişi yol istismarı idarələrinin fəaliyyətində dönüş yarada bilmədi.

Cavid Qurbanovun dövründən qalan korrupsiya aparatı öz işinin başındadır və səmərəsiz fəaliyyəti ilə seçilən bu idarələr dövlətin pulunu mənimsəmə dəzgahları rolunu oynamaqdadır.

Əslində, ölkədə gedən struktur islahatları bu idarələrə də çatmalıdır. Tədricən onlar ləğv olunmalıdır.

Əvəzində isə yol təmiri və çəkilişi işləri MMC-lərə həvalə olunmalıdır və şəffaf tender elan edərək qalib gələnlər bu işi öhdəsinə götürməlidir. Yol İstismarı İdarələri isə heç bir iş görmür, tapşırıqları isə yerinə yetirərkən korrupsiya hallarına yol verir, ayrıca MMC-lər vasitəsi ilə pullar silinir. Bu proseslərdən S.Məmmədov da xəbərdardır.

O baxımdan bu idarələrin ləğvinin gündəmə gətirilməsinə zərurət yaranıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR