SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azəravtoyol” sədri ilə Ağcabədi şefinin İlham Əliyevə xəyanət yolu - Video

6-07-2017, 14:33 | Oxunub: 14 281 |

“Azəravtoyol” sədri ilə Ağcabədi şefinin İlham Əliyevə xəyanət yolu - Video
“Azəravtoyol” ASC sədri Saleh Məmmədovla Ağcabədinin icra başçısı Şahin Məmmədovun prezident İlham Əliyevə etdiyi yol xəyanəti barədə konkret faktlar ortalığa qoyulub.

Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş yolçu ilə icra başçısının birgə maliyyə maxinasiyaları Ağcabədiyə gedən bütün yolları blokadaya salıb.

Rayona hansı qonşu zonadan daxil olmaq istəsən mümkün deyil. Çünki ayrılan pullar bir neçə dəfə mənimsənilib.

Bu problemi xüsusi reportajla qabardan tezadlar.az qeyd edir ki, 10 ildən çox olan icra başçılığı bircə onunla yadda qalıb ki, əl boyda Ağcabədinin mərkəzini gül-çiçəkli edib, bir də daim Bakıdan qonaq qəbul edib. Vəssalam. Nə vaxt gedirsən, köməkçisi deyir ki, Bakıdan qonaqları var. Gah deputat, gah hansısa məmur...

Bəs başçı bilmir ki, Bakıya getməkdən ötrü Ağcabədidən Hindarx-Ağdam-Bərdə, yaxud Ağcabədi-Kanalaltı yoluynan Bərdə-Bakı marşrutu ilə, ya da Ağcabədi-Beyləqan yolu ilə, lap sonda məcbur olub Ağcabədi-Zərdab-Kürdəmir yoluna çıxmaq lazımdır? Necə çıxasan? Hər addım ölümlə üz-üzə olmalısan.

Sakinlər deyirlər ki, prezidentin Allah canını sağ eləsin, hər il bir neçə dəfə rayonların yollarına vəsait ayırır, həm də Ağcabədiyə… Bəs niyə Ağcabədi indi mühasirə vəziyyətindədir??? Hindarx yolu ilə getsən, yaxşı halda 1-ci qrup əlillik alacaqsan.

Ş.Məmmədovdan Prezident Administrasiyasında da ciddi narazılıq var. Onun fəaliyyəti barədə tez-tez PA-ya şikayətlər gedir. Bundan qabaq yayılan səs yazısı da icra başçısını biabır etmişdi.

Amma yollara ayrılan pulların mənimsənilməsi barədə şikayətlər ölkə rəhbərliyini də qəzəbləndirib.

Artıq iqtisadi şərait elədir ki, dotasiyalar kəsilib, prezident qeyri-neft sektorunu inkişaf etdirir, büdcə xərcləri azaldılır.


Belə vaxtda isə prezidentin hər dəfə ayırdığı yol pulu ciblərə axır. Eyni zamanda “Azəravtoyol” ASC sədri də bu işlərə şəriklikdə ittiham olunur.

Ağcabədiyə səfər zamanı söhbətin bu yerində 04-AA-002 dövlət nömrə nişanlı avtomobil qarşımızdan Bakı istiqamətinə keçdi
.

Sürücü dərhal bizə həmin avtomobili göstərdi - Ağcabədinin İcra Başçısı Şahin müəllimin 1-ci müavini Rövşən Əhmədovun maşınıdır. Yəqin Bakıya gedir. Amma hansı yolla gedəcək?

Ağcabədidən Bakıya getmək üçün bir neçə istiqamət var: 1-cisi, Ağcabədi-Hindarx-Ağdam-Bərdə-Bakı, 2-ci istiqamət: Ağcabədi-Laçın (taxta körpü)-Zərdab-Mollakənd-Kürdəmir-Bakı, 3-cü yol-Ağcabədi-Beyləqan-Bəhrəmtəpə-Sabirabad-Bakı yolu.

Nəhayət, 4-cü yol-Ağcabədi-Kanalboyu adlanan yol-Bərdə-Yevlax istiqaməti. Biz artıq o vəziyyətdəyik ki, bilmirik bu 4 istiqamətin hansından istifadə edək.


«Azəravtoyol” ASC-nin 39 və 40 saylı yol idarələrinin yarıtmaz işi göz qabağındadır… Sürücü Mollakənd yolundan Zərdaba tərəf dönəndə gözəgəlimli bir neçə iri reklam lövhələrini göstərmişdi.

Lövhələrdəki bələdçi yazılardan məlum olur ki, «Allah, Allah!» deyib keçdiyimiz bu yollara «Azəravtoyol” ASC-nin 39 və 40 saylı «Yol istismarı» MMC-ləri xidmət göstərir.

Həmçinin digər yollara da «Azəravtoyol” ASC-nin digər bu tip çoxsaylı, amma yarıtmaz işli MMC-ləri.

Bilmirik, «Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov sonuncu dəfə bu yollardan nə vaxt keçib, amma çox istərdik ki, yuxarıda təsvir edilən, dislokasiyası göstərilən yollardan xidməti avtomobili ilə indi bir də keçsin.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR