SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Çovdarovun kürəkəni həbsin cəngində: Hansı obyektləri generalın adına yazılıb? - Eksklüziv

10-07-2017, 12:18 | Oxunub: 4 762 |

Çovdarovun kürəkəni həbsin cəngində: Hansı obyektləri generalın adına yazılıb? - Eksklüziv
MTN işi üzrə keçirilən məhkəmədə aydın olub ki, odioz general Akif Çovdarovun yaxınlarının mal-mülkü də müsadirə olunub.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, A.Çovdarovun kürəkəni Rövşən Əhmədov obyektlər tikib və həmin obyektlər R.Əhmədova məxsus olub.

Akif Çovdarov deyib ki, qohumlarına məxsus əmlakları da onun adına yazıb, həbs qoyublar: “Mənim kürəkənim bizneslə məşğul olub. Qohumlarımın mülklərinin də mənə adiyyəti yoxdur. Onları mənim adıma yazmaq düzgün deyil”.

Həbsdə olan MTN generalı, sahibkarlara “divan tutmuş” Akif Çovdarovun kürəkəninin milyonluq biznesi çöküb.

Odioz generalın qızı Aidanın həyat yoldaşı Rövşən Qasımovun balıqçılıq təsərrüfatı işi müflis olub. Generalın kürəkəni “Aqua Agro” MMC-nin direktorudur.

Qayınatasının həbsindən sonra iş adamı iflas edib və layihəsi batıb. R.Qasımov MTN hadisələrinin baş verəcəyini ağlının ucundan da keçirməyib. Xəbərə görə, sözügedən MMC onun əlindən çıxıb və Çovdarovun adına yazılıb.

R. Qasımov ifadəsində göstərib ki, “Aqua Agro” MMC-nin direktorudur. Həmin MMC-ni təsis etməkdə məqsəd Abşeron rayonu Masazır qəsəbəsi, Şuşa qaçqın şəhərciyinin arxasında yerləşən “Bəhrə 2010” MMC-yə məxsus istilikxanaların arxa tərəfində balıqçılıq təsərrüfatı yaratmaq olub.

Emtv.az xəbər verir ki, bu məqsədlə Masazır bələdiyyəsindən 99 il müddətinə 2 hektar torpaq sahəsi icarəyə götürüb.

“Aqua Agro” MMC 26.09.2013-cü ildə qeydiyyata alındıqdan sonra həmin ərazidə tikintiyə başlayıb və 2015-ci ilin yayında tikintini yekunlaşdırıb.

Lakin qayınatası Akif Çovdarov həbs edildiyindən və sonuncunun kürəkəni kimi kredit almaq üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etməkdən utandığından həmin tikili üçün heç bir avadanlıq ala bilməyib. Həmin tikiliyə təxminən 500-600 min manat arası vəsait sərf edilib.

MTN generalının kürəkəni Fondun rəhbəri Şirzad Abdullayevə müraciət etmiş olsaydı belə ona kredit verilməyəcəkdi.

Buna özü də şübhə etməyib və siyasi hakimiyyətin münasibəti də ortadadır. Nəticədə işləri yarımçıq qalan R.Qasımov zərər edib.

“Aqua Agro” MMC-nin ilk təsisçisi onun xahişi ilə Cəfərov Məmməd İsa oğlu olub. Cəfərov Məmmədi 2000-ci ildən tanıyıb. Onunla uzun müddət şərikli taxta biznesi ilə məşğul olduğundan aralarında partnyorluq münasibətləri yaranıb.

Bu səbəbdən Məmməd Cəfərov onunla “Aqua Agro” MMC-nin balıqçılıq təsərrüfatının tikintisinə şərik olmağa razılıq verib. Həmin tikintiyə sərf edilən vəsaitin təxminən 450 000 manatı Məmməd Cəfərov tərəfindən, qalan hissəsi isə onun tərəfindən ödənilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR