SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azərsu” prezidentinin Çovdarovun qohumuna vəzifə verməsi başına iş açıb

6-07-2017, 12:08 | Oxunub: 5 689 |

“Azərsu” prezidentinin Çovdarovun qohumuna vəzifə verməsi başına iş açıb
“Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun başı dəhşətli bir bəladadır

MTN-nin həbsdə olan odioz generalı Akif Çovdarovun bacısı oğluna bu qurumda vəzifə verilib.

Bu işin üstü açılıb. Nəticədə “Azərsu” prezidenti mediada yazılanlardan möhkəm narahat olub.

Belə ki, ARDNŞ-də vəzifəyə gəldiyi gündən qardaşı Qorxmaz Hüseynovun havadarlığı ilə dövlət büdcəsindən milyonları talan etdiyi iddia edilən Faiq Hüseynov bu məsələdə rol oyanyıb. İddialara görə, bu günə kimi nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da dəyəri milyonlarla ölçülən mülklərə sahib olub.

Emtv.az-ın məlumatına görə, dosye.org yazıb ki, Faiq Hüseynov Akif Çovdarovun yaxın qohumu (keçmiş MTN-də vəzifə tutan şəxslə) əl-ələ verib dövlət büdcəsindən milyonları talan edib.

Sonradan isə həmin şəxsə Azərsu ASC-də yüksək vəzifə verdirib.

Emtv.az xəbər verir ki, sayt başqa məsələləri də açıqlayıb. Qardaşı Qorxmaz Hüseynovun yaxın dostu Əkbər adlı iş adamının vasitəsilə Suraxanı rayonu Günəşli qəsəbəsində Dövlət Neft şirkətinin ərazisində 4-5 milyon dəyərində Atilla hamam Fitnesi inşa edib.


Bundan əlavə paytaxtın bir çox yerlərində Faiq Hüseynovun mülkləri Əkbər adlı iş adamının adına sənədləşdirib.

Mətbuatda gedən yazılarda o da var ki, MTN generalı Akif Çovdarav “Azərsu” ASC-nə də külli miqdarda ziyan vurub. Belə ki, “qəhrəman” general Abşeron rayonu Masazır qəsəbəsində özünün şəxsi mülkinə 11 km məsafə su kəməri çəkdirərək bir manat belə ödəməyib.

Hətta məlumatda o da vurğulanır ki, “Azərsu” ASC- nin prezidenti Qorxmaz Hüseynovda Akif Çovdarovun qarşısında aciz durumda olub.

Məlumatlara görə, generalın Masazırdaki mülkündə pomidor və xiyar istixanaları, balıq üçün xüsusi yerlərlərin olduğu bildirilir. Maraqlısı isə budur ki, MTN kimi bir dövlət qurumun generalı hansı yollarla vergidən yayınıb.


Ehtimal olunur ki, Akif Çovdarov “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovla da məxfi iş birliyi baş tutsun.

Ən azından istənilən şəxs(lər) və yaxud, məmur(lar) dövlət vergisini ödəməlidir. Bu hər birimizin vətəndaşlıq borcudur.

Görünür, general Akif Çovdarov göstərilən etimaddan öz şəxsi maraqları üçün istifadə edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR