SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"

10-07-2017, 11:55 | Oxunub: 3 940 |

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"
Müsavat partiyasının İsa Qəmbərdən sonrakı rəhbəri Arif Hacılının Facebook statusu ictimai -siyasi mühitdə heyrətlə qarşılanıb.

Buna səbəb isə odur ki, özünü Azərbaycan müxalifətinin liderlərindən biri hesab edən tanınmış siyasi fiqur başqa bir dövlətin liderini qınayır ki, niyə ordusuna Qarabağı işğaldan azad etmək əmri vermir.

"Qarabağın işğalı yalnız Azərbaycanın deyil, bəşəriyyətin, regionun, eyni zamanda Türkiyə Cümhuriyyətinin problemidir.

Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT- i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir ? Nədən və kimdən çəkinir?".


Göründüyü kimi, burada hansısa umacaqdan, xahiş, ya da dərin təhlildən çıxarış edilən təklifdən söz getmir. Azərbaycan müxalifətinin tanınan bir ismi Türkiyə Cümhuriyyəti prezidentini bir başa qınayır və onu, ordusunu Qarabağa yeritmədiyinə görə, açıq şəkildə mühakim edir.

Emtv.az xəbər verir ki, musavat.com bu statusun sosial şəbəkələrdə heyrət və bir sıra hallarda, gülüşlə qarşılandığını, lakin ciddi müzakirələrə səbəb olduğunu qeyd edir. Müzakirələrin gedişində A. Hacılı bunca gözlənilməz və heyrət doğuran iddialarını əsaslandırmağa çalışıb. Onu bu məsələdə dəstəkləyən və əleyhdarlarına aqressiv şəkildə hücum edən tərəfdarları - partiyadaşları da var. Lakin ölkədə imzası tanınan hər hansı ekspertin 1 sutkadan çox müddət ərzində onun bu fikirlərini təqdir etməsinə rast gəlinməyib. Tam əksinə, bır sıra tanınmış simalar bu qədər təcrübəli bir siyasətçinin belə bir statusa müəlliflik etdiyinə öncə inanmamış, daha sonra isə onu kəskin tənqid etmişlər. Məsələn, tanınmış telejurnalist Sevil Nuriyeva yazır ki, bu fikirlər Arif Hacılıya məxsus ola bilməz: "İnanmıram. Birisi səhifəsini elə keçirib bəlkə? Bu bir partiya sədri mövqeyi ola bilməz. Bu gerçəkdən Arif beyin səhifəsidirmi?"...

Başqa bir tanınmış jurnalist isə yazır ki, indi təsəvvür edin ki, belə bir statusu İsa Qəmbər yazıb...

Cənab Hacılı özünün səhifəsində gedən tənqidlərə və replikalara bilavasitə cavab yazır.

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"

Arif Hacılı Ərdoğanı danladı: "Nədən və kimdən çəkinirsən"


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR