18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İsa Qəmbər Ağır Cinayətlər İdarəsinə çağırılıb
Bildiyiniz kimi Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə, Müsavat Partiyasının başqanı Arif Hacılıya və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlıya iyunun 14-də Baş Prokurorluqdan çağırış vərəqələri gəlib.
Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində olmalıdırlar.
Musavat partiyası Mətbuat Departamentinin rəhbəri Mustafa Hacıbəylinin verdiyi məlumata görə, MSDM rəhbəri İsa Qəmbər Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binasına daxil olub.
Müsavat başqanı Arif Hacılı, Partiyanın divan üzvləri və başqan müavinləri Elman Fəttah, Alya Yaqublu, Razim Əmiraslanlı, Fərəc Kərimli, Səxavət Soltanlı, vəkil Nemət Kərimli, Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli, bir çox Müsavat fəalları və jurnalistlər istintaq idarəsinin qarşısına gözləyirlər.
Emtv.az