18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanın DİN rəhbəri məzuniyyətə göndərildi - ƏHMƏD ƏHMƏDOVUN TALEYİ NECƏ OLACAQ?
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun “vurulması” ilə bağlı xəbərləri təsdiqini tapmaqdadır. Ali Məclis sədrinin “qara siyahı”sına düşən DİN rəhbərinin faəliyyətinin həm də araşdırıldığı bildirilir. Xəbər verdiyimiz kimi Azərbaycan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli heyəti Naxçıvana ezam olunub və Əhməd Əhmədovun fəaliyyətini araşdırır. Bütün bu araşdırmalar Vasif Talıbovun istəyi ilə həyata keçirilir.
Yoxlamalar zamanı vətəndaşların Naxçıvan DİN-nə etdikləri şikayətlərin necə araşdırılması da prioritetdir. Artıq vətəndaşların ərizə və müraciətlərinin baxılması ilə bağlı çoxsaylı pozuntular üzə çıxarılıb.
Naxçıvandakı mənbələrin verdiyi məlumata görə, artıq Əhməd Əhmədov son 3 gündür işə çıxmır. Nazirlikdə onun məzuniyyətə göndərildiyi də bildirilir. Əhməd Əhmədovun elə məzuniyyətdə olduğu dönəm ərzində işdən azad edilməsinə dair sərəncamının da oxunacağı gözlənilir.
Naxçıvan DİN rəhbərinin səlahiyyətlərini nazir müavini Səbühi Novruzov həyata keçirir. Xatırladaq ki, Səbuhi Novruzov Vasif Talıovun ən etibarlı kadrlarından biridir.
Emtv.az