17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda kadr islahatları başladı: İlk qurban Əhməd Əhmədov oldu
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikasında ciddi kadr islahatları gözlənilir.
Mətbuata daxil olan məlumata görə, kadr islahatlarının ilk qurbanı Muxtar Respublikanın Daxili İşlər naziri general-leytenant Əhməd Hüseyn oğlu Əhmədovdur.
Bildirilir ki, Əhməd Əhmədov rəsmən öz postundan uzaqlaşdırılmasa da, artıq bütün səlahiyyətləri əlindən alınıb. Hətta artıq onun telefon zənginə tabeçiliyində olan polis əməkdaşları belə cavab vermirlər. Mənbəmiz bununla bağlı konkret fakt da açıqlayıb. Dediyinə görə, nazir bir neçə gün əvvəl Naxçıvan şəhər DYP rəisinə bir məsələ ilə bağlı zəng edib. Di gəl ki, onun bütün zənglərinə DYP-nin rəisi yox, istifadə etdiyi telefonun operatoru cavab verib: “abunəçi məşğuldur, bir az sonra zəng edərsiniz”.
Məlumatda o da qeyd olunur ki, Əhməd Əhmədovun və qohumlarının bütün obyektləri, o cümlədən “Tema” ticarət mərkəzi yoxlanılır. Bu fakt Əhməd Əhmədovun haqqında yaxın günlərdə cinayət işi açıla biləcəyi ehtimalını yaradır.
1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olan Əhməd Əhmədov 16 iyun 2000-ci il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri vəzifəsini icra edir. Bundan əvvəl isə o, Naxçıvan şəhər polis idarəsində rəis müavini işləyirdi. Əhmədovun o zaman böyük sıçrayışla polis idarəsinin rəis müavinliyindən nazir postuna adlaması bir çox dedi-qodulara yol açmışdı.
Nazirin 17 illik fəaliyyəti haqqında bir çox şaiyələr bu gün də dolaşır. Ondan ən çox narazılıq edənlər isə Muxtar Respublikanın iş adamlarıdır. Bildirildiyinə görə, iş adamlarına divan tutalmasında Əhməd Əhmədov həqiqətən də müstəsna rol oynamışdır.
Muxtar Respublikanın bir başqa vəzifəli şəxsinin də artıq “kitabının bağlandığı” barədə məlumatlar var. Məlumatı dəqiqləşdirib bu şəxs barəsində də sizə məlumat verəcəyik.
Emtv.az