18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Biznesmen Rəşad Qafarov bıçaqlanandan sonra yaralı vəziyyətdə qəza törədib
Beynəlxalq yükdaşımalarla və logistika ilə məşğul olan Çexiya şirkəti “Tern Transport & Trading CZ”-in rəhbəri, azərbaycanlı biznesmen Rəşad Qafarovun Praqada müəmmalı qətlinin bəzi təfərrüatları məlum olub.
Çexiya mənbələri xəbər verir ki, Rəşad Qafarova onun təsisçisi olduğu digər şirkətin-“Caspan Logistic Services”in hüquqi ünvanı yerləşən Argentinska 12-nin yaxınlığında hücum ediblər. Hadisə iyunun 29-da, günün günorta çağı baş verib.
Biznesmen həmin ərazidə kimliyi hələlik istintaqa məlum olmayan şəxs (yaxud şəxslər) tərəfindən bıçaqlanandan sonra yaralı vəziyyətdə çox güman ki, özünü həkimə çatdırmaq üçün avtomobilinə qayıdıb, ərazidən uzaqlaşa bilib. Lakin biznesmen ofisindən avtomobillə təxminən 3 dəqiqəlik məsafədə yerləşən Jateční 33a ünvanının qarşısında yüngül qəza törədib. Belə ki, Rəşad Qafarov avtomobili yaralı vəziyyətdə idarə edərkən qarşı hərəkət zolağı ilə, əks istiqamətdə gedib. Bu zaman onun avtomobili qarşıdan gələn yük maşını ilə toqquşub, yüngül qəza baş verib.