18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZƏRBAYCANLI İŞ ADAMI PRAQADA ÖLDÜRÜLDÜ! – Müəmmalı qətl+ FOTOLAR
Azərbaycanlı iş adamı, “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılıb. Çexiyanın “Nova TV” televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub.
Polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb. Azərbaycanın Çexiyadakı Konsulluğundan deyiblər ki, iyunun 30-da Çex polisindən onlara şifahi məlumat daxil olub.
“Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə” tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib.
Praqada maşınında bıçaqlanmış vəziyyətdə ölü tapılan azərbaycanlı iş adamı Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur.
Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, “TERN TRANSPORT & TRADING” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.