SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Aleksandr Lapşinin məhkəməsi davam etdirilib

6-07-2017, 12:30 | Oxunub: 5 694 |

Aleksandr Lapşinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Emtv.az-ın report-a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Lapşinin anası iştirak etməyib. O, vəkil vasitəsi ilə məhkəməyə müraciət edərək ifadə verməkdən imtina etdiyini bildirib.Məhkəmədə qeyd olunub ki, Lapşinin anası bu işdə şahid qismində tanınıb.


Prosesdə Şuşa şəhərindən olan məcburi köçkün Əsmər Xəlilova ifadə verib.O, Lapşini bu hadisələrdən sonra tanıdığını deyi: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində məcburi köçkün dşçmüşəm. Ermənilər tərəfindən Şuşa şəhərində olan ata-baba mülküm dağıdılıb. Bunun nəticəsi olaraq şəhərimi də itirmişəm. Həmçinin doğum günümü də itirmişəm. 25 ildir doğum günümü qeyd etmirəm. Zəfər çalınacağına, doğma torpaqlarımıza qayıdacağımıza inanırdım. Amma internet resurslarından Lapşinin məqaləsini oxudum və bu ümidim puç oldu. Azərbaycan xalqı humanist xalqdır. Lapşin bundan istifadə edib. Məcburi köçkünlərin bu şəxsə etirazı var. Bir neçə gün əvvəl Azərbaycan xalqı Füzuli rayonunda bir faciə yaşadı. İki yaşlı Zəhranın günahı nə idi? Ermənilər onu qətlə yetirib. Lapşin quldur erməniləri müdafiə edib. Ona ən layiqli cəzanın verilməsini istəyirəm”.Şuşadan olan digər çəcburi köçkün Məmməd Hacıyev deyib ki, Lapşinin məqaləsini oxuduqdan sonra ona qarşı nifrət yaranıb: “Onu şeytan kimi gördüm, o, erməniyə satılıb”.

Məcburi köçkün Yunus Hüseynov Lapşinin Azərbaycanda görəndə sarsıntı keçirdiyini bildirib.Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.İşdə olan sənədlər tədqiq edildikdən sonra Lapşinin vəkili vəsatətlə çıxış edib. O, ekspert Almaz Bayramovanın məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib.Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 11-də davam etdiriləcək.Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR