SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Zaminbank"ın İdarə Heyətinin sədri məhkəmə qapılarında

25-11-2016, 13:31 | Oxunub: 11 836 |

"Zaminbank"ın İdarə Heyətinin sədri məhkəmə qapılarında

Lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verirki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə həbsdə olan şahid Arzu Bəndəliyev ifadə verib. Hakim bildirib ki, A. Bəndəliyevin adına 40 min manat, bacısının adına isə 250 min manat məbləğində kredit götürülüb. Şahid isə bu krediti özü deyil, təqsirləndirilən M. Bayramovun götürdüyünü deyib.

Təqsirləndirilən Müşfiq Bayramovun vəkili məhkəmədə vəsatətlə çıxış edərək, bankın idarə heyətinin sədri Nadir İsmayılovun və digər vəzifəli şəxslərinin də məhkəmədə əlavə şahid qismində dindirilməsini xahiş edib. O, həmin şəxslərin siyahısını hakimə təqdim edib.

Məhkəmə kollegiyası vəsatəti təmin edib və əlavə şahidlərin dindirilməsini mümkün sayıb.

Sonra təqsirləndirilən Müşfiq Bayramov saxta sənədlər tərtib etdiyi məhkəmədə etiraf edib. O, məhkəmə tərəfindən banka sorğu verilməsini və çıxarılan pulların siyahısını əldə etməyi xahiş edib: "Bu zaman pulların hara və kimlərə verildiyi məlum olacaq".

Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın 41 min 300 manatının ödətdirilməsi təmin edilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR