SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCANLI MİLYONÇUNUN BAKIDAKI ŞİRKƏTİ BAĞLANDI – Ləğvinə başlanıb

6-07-2017, 10:51 | Oxunub: 14 195 |

AZƏRBAYCANLI MİLYONÇUNUN BAKIDAKI ŞİRKƏTİ BAĞLANDI – Ləğvinə başlanıb
Biznesini əsasən Rusiyada cəmləşdirən Azərbaycan əsilli işadamı, «ISR Holding» şirkətlər qrupunun prezidenti İskəndər Xəlilovun Azərbaycandakı şərikli şirkətinin ləğvinə başlanıb. Bu haqda «Vergilər» qəzetinin 5 iyul tarixli xüsusi buraxılışında məlumat verilir.
«Armada Ltd.» şirkəti 2007-ci ildə 10 manat kapitalla qurulub. Şirkətin hüquqi ünvanı İsgəndər Xəlilova məxsus olan «ISR Plaza» biznes mərkəzidir. Lakin buradan mətbuata deyiblər ki, ofis kirayələyən şirkətlər arasında «Armada Ltd.» MMC yoxdur və onun direktoru Arif Quliyev də bu iş mərkəzinə gəlib-getmir. Bu səbəbdən şirkətin ləğvinin səbəblərini öyrənmək mümkün olmayıb.


Fəaliyyəti haqda hər hansı bilgi olmayan bu şirkətdə İsgəndər Xəlilovun ortağı Altay Tofik oğlu Həsənov olub. Vergilər Nazirliyi şirkət dövlət qeydiyyatına alınarkən 10 payın şəriklər arasında necə bölündüyü barədə bilgi verməyib. Altay Həsənov bu ilin iyununda prezident İlham Əliyevin sərəncamı ilə birinci vitse-prezident Mehriban Əliyevanın Katibliyinin rəisi təyin olunub.

İsgəndər Xəlilov Azərbaycandakı şirkətləri vasitəsilə Neftçalada yod-brom zavoduna, Bakıda bir neçə daşınmaz əmlaka (Hilton Baku, Park Inn, ISR Plaza otel və biznes mərkəzləri), inşaat biznesinə, Heydər Əliyev prospektində anbar sahələrinə sahibdir. Bakıdakı şirkətlərdən biri həm də «Toyota» avtomobillərinin satışı ilə məşğuldur.

Lakin onun Azərbaycandakı biznesi heç də hamar getmir. Bir müddət öncə Bakı şəhər İcra Hakimiyyətinin Xəlilovlara məxsus olan Bakı Əyləncə Mərkəzinin söküntüsünə hazırlaşdığı haqda mediada məlumat yayılıb. Bakıda santexnika, təsərrüfat və inşaat materiallarının ən iri satış məntəqələrindən olan «Master Tibot» mağazasını 1998-ci ildə İ.Xəlilov qurmuşdu. İndi bu ticarət obyekti «Gilan Holding» şirkətlər qrupunundur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR