18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ZİYA MƏMMƏDOVUN AİLƏ ŞİRKƏTİ ƏLDƏN GEDİR! – Villaları da satışa çıxarılıb
Sabiq nazirə Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb….
Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun və ailəsinin biznesinin tezliklə çökəcəyi barədə məlumatlar təsdiqlənir. Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı “qeyri- səmimi” mövqeyinə görə cəzalandırıldıqdan sonra ölkə iqtisadiyyatında ağırlıq təşkil edən biznes strukturlarını təhvil verməyə razılaşıb.
Hətta iddia olunur ki, oğlu Anar Məmmədov ölkədən kənarda yaşasa da, Z.Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb. Görünür, bu yasaqda məqsəd Məmmədovları tamamilə iqtisadi sferadan kənarlaşdırmaqdır.
Çünki keçmiş nazirin ailəsi uzun illər hüdudsuz səlahiyyətləri nəticəsində ölkə iqtisadiyyatının neft daşımaçılığından tutmuş “fast-fud” fəaliyyətinədək, böyük bir spektrində hökmranlıq edə biliblər. 2005-ci ildən 2013-cu ilə qədər “ZQAN Holdinq” adı ilə fəaliyyət göstərən Məmmədovların biznes imperiyası “Garant-Holdinğ”ə çevriləndən sonra da təsir imkanlarını daha da artırdı.
“Garant Holdinq”in tərkibinə 17 yerli şirkət daxildir. Bunlar “Qarant Sığorta” ASC, “Azbentonit” MMC, “Royal İsteyt” MMC, “Qarant Tour” MMC , “English Yard” MMC, “Quba Olimpiya Kompleksi” MMC, “Avto-Media” MMC, “Ucar Aqro” MMC, “M.Trans” MMC, “Ameritex” MMC, “Transevrokom” MMC, “ Zqan konstrakşn” MMC, “Turbo.az” MMC, “Qarant Sığorta Agenti” MMC, “Quba Resort” MMC, “AFK” MMC, “Delfin” MMC və “Goranboy Gips” ASC-dir…