SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ziya Məmmədova həbs təhlükəsi - şok təfərrüat

17-04-2017, 11:53 | Oxunub: 8 476 |

Ziya Məmmədova həbs təhlükəsi - şok təfərrüat
Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya “dincəlirəm” kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.

Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, “topdağıtmaz” “Garant” Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.

Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi “Garant” Holdinq “PAŞA Bank" ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib,; oğlu Məmmədovun bir neçə əmlakına, o cümlədən “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir “bu işdən xəbərsizəm” desə də, həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.

Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon “tum pulu” hesab oluna bilər. Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı “yelkən-hotel”i belə itirmək ərəfəsindədirlər.

A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında(Amerika-Azərbaycan Alyansı) külli-miqdarda maliyyə maxinasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə “dirçəldi”.

O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, “Trampla işbirliyimiz var” dedi.

Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara “boy göstərən” Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.

Fəqət bu da son deyil. Xəbərlər var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.

ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə bağlanmış olar.

Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını-hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. “Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar” deyə, mənbə bildirib.

Z.Məmmədov iddialarla bağlı telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR