SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ziya Məmmədovun Trampla bağlı ümidləri suya düşdü

15-12-2016, 13:58 | Oxunub: 9 633 |

Ziya Məmmədovun Trampla bağlı ümidləri suya düşdü

Nəqliyyat naziri Ziya Məmmədovun Trampa bağlı ümidləri suya düşə bilər

Bu barədə verilən xəbərlərə görə, karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi naziri ruhlandırmışdı.

Lakin gələn son xəbərlərə görə, mərkəzin təlimatı əsasında Məmmədovların Tramp çıxışının bağlanması qərara alınıb.

Onun Trampla əlaqələrinin inkişaf etdirilməsi və hakimiyyətdə yüksəlişi məqbul sayılmayıb. Nazirin həvəslənməsi isə sadəcə epizodik olub və Məmmədovların yenidən geri çəkiləcəyi gözlənilir.

Donald Trampın ABŞ-ın prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovu şad-xürrəm etmişdi. Məlumata görə, nazir sevincindən yerə göyə sığmırdı.

Əldə etdiyimiz bilgilərdə iddia edilir ki, Z.Məmmədov artıq mesaj alıb və ona bildirilib ki, rəsmi Bakının Tramp iqtidarı ilə münasibətlərində hər hansı roluna ehtiyac duyulmur. Əksinə, araya vasitəçi kimi girməyə cəhd etməsini yuxarılar bəyənmir və buna risk belə etməsin.

“Axırıncı aşırım”da deyildiyi kimi, Kərbəlayı ölməyib ki Abbasqaulu bəyin meyitini rəiyyət yerdən götürsün. Təqribən, buna bənzər situasiya yaranıb və hakim komanda daxilində qərarlar verildiyi söylənir. Bu müzakirələrdə Məmmədovların Trampa çıxan qolunun kəsilməsi nəzərdə tutulur. Daha sonra isə politika.az-a xəbərə verir ki, bir müddət əvvəl nazir Trampın şərəfinə ziyafət verib.

O, yaxın çevrəsi ilə bu qələbəni qeyd edib. Sevincindən yeyib-içmək məclisi təşkil edən nazir oğlu Anar Məmmədovla bu bayramı toy-büsata çevirib.

Dünənə kimi Məmmədovlar ailəsi şənlik içində idi. Z.Məmmədovun yolunun vitse-prezidentliyə açıldığı da bildirilirdi. Xeyli vaxtdır ki vurulan və səlahiyyətləri itirilən nazir revanşa hazırlaşırdı.

Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkün görünürdü.

Məmmədovlar dünənə qədər bütünlüklə hakimiyyətdən uzaqlaşdırılmışdı. Nazirin səlahiyyətləri azaldılmışdı, avtovağzal çökdürülmüşdü, Elton Məmmədov mandatsız qalmışdı, oğlu Aynar və nazir oğlu Anarın əvvəlki fəallığı nəzərə çarpmırdı.

Nazirliyin bəzi səlahiyyətləri alınaraq başqa qurumlara verilib, eyni zamanda tabeliyindəki bir sıra strukturlar onun tərkibindən çıxarılıb. Bu səlahiyyətlər hər dəfə azalanda nəqliyyat naziri Ziya Məmmədovun da işdən çıxarılacağı iddiaları gündəmi zəbt edib. Hələ ki nazirlə bağlı gözlənilən baş verməyib. Nazirin əlindən alınan səlahiyyətlərin isə uzun bir siyahısı var.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR