SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın tanınmış fəalı həbsxanaya salındı

6-07-2017, 08:55 | Oxunub: 4 978 |

Azərbaycanın tanınmış fəalı həbsxanaya salındı
Tanınmış ictimai fəal Bəxtiyar Hacıyev turist kimi səfər etdiyi Yamaykada həbs olunub.

EMTV.az-ın yerli mətbuata istinadən xəbər verir ki, o, bu haqda özünün “Facebook” hesabında yazıb: “Son üç günümü turist kimi gəldiyim Yamaykada həbsxanada keçirdim. Hava limanında sərhədçi qadın Azərbaycan vətəndaşlarının hava limanında viza almalı olduqlarını dedi və məni başqa otağa dəvət etdi. Mən də pasport və digər sənədləri verib gözlədim, qadın rüsum üçün nəğd pul və ya kart verməyimi istədi, kartımı verdim və gözlədim. Otağa girən-çıxan çox idi, qadın çöldə gözləməyimi istəyəndə, kredit kartımı geri istədim. Bunu xoşlamayan qadın sərhədçi “o zaman sizə viza vermirəm” dedi və pasportuma möhür vurdu.

Bundan sonra Yamayka Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəlib “sizi növbəti reysə qədər güvənli bir yerə aparmalıyıq” dedilər. Mən növbəti reysimin 2 gün sonra Panamaya olduğunu, hava limanından kənara çıxmaq istəmədiyimi desəm də, məni məcbur şəhər mərkəzindəki “Horizon” adlı həbsxanaya gətirdilər. Orada kriminallar kimi davranıb, üstümü yoxlayıb, saldılar həbsxana kamerasına. Nə qədər zəng, vəkil, su və s. tələb etsəm də, sözün əsl mənasında, heyvan kimi davranıb, qulaqardına vurdular. Hətta bəziləri su istəyəndə gedib soyuducudan su götürüb içirdilər gözümün qabağında. Vəkil istəmişdim, bir rahibə çağırmışdılar ki, şikayətini ona et.

Nəhayət, Panamaya reysimin bu gün olduğunu bilərək, həbsxana rəhbərliyinə bildirdim ki, mən bu gün uçmalıyam, uçmasam, əvvəldən alınmış başqa biletlərim də batır. Həbsxana rəhbərliyi vecinə de almırdı, deyirdilər, immiqrasiya idarəsi nə vaxt istəsə, onda da gəlib götürəcək səni. Nəhayət, həbsxanada qarşılaşdığım tək ağdərili həkimə məsələni izah etdim, dedi, səni çox yaxşı başa düşürəm, bu ölkə belədir. Öz tanışlarıma zəng edəcəm, buradan sonrakı biletlərini göstərərik, çıxarsan. Mənə qısa müddətlik internet təşkil etdi, mən həm biletləri çap etdim, həm də dostlara məlumat verdim bu barədə. Yamaykada insanlıq görmədim, vəhşilik, heyvanlıq və əclaflıq gördüm. Nə dövlət qurumları arasında kommunikasiya var, nə sənədləşmə, nə insan hüquqlarına hörmət. Hərə gəlir bloknotuna qələmlə nə isə yazıb gedir. O adam getdisə, ikincisinin məsələdən xəbəri olmur.

Şükür, indi o cəngəllikdən çıxmışam. Sabah Boqotaya gedəcəm, səhv xatırlamıramsa, orada konsulluğumuz olmalıdır. Həm ora, həm də qayıdanda rəsmi olaraq Xarici İşlər Nazirliyinə müraciət edəcəm, araşdırsınlar ki, Azərbaycan vətəndaşına niyə viza verməyiblər, vermirlər, cəhənnəmə versinlər, bəs həbsxanaya niyə göndərirlər? Məncə, kimliyindən asılı olmayaraq, XİN Azərbaycan vətəndaşı ilə belə davranışı araşdırmalı, cavablarını verməlidir”.

Hazırda Kolumbiyanın paytaxtı Boqotoda olan B.Hacıyev bundan əvvəl Puerto-Riko və Dominikan respublikalarında turist səfərində idi. O, Dominikan Respublikasındakı vəziyyətdən də narazılıq etmiş və orada da xoşagəlməz hallarla üzləşmişdi.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR